“Biz məhkəmədə qalib gəldik və seçkilərdə iştirak edəcəyik” – Saakaşvili

    36

    Ukrayna Ali Məhkəməsi Gürcüstanın sabiq prezidenti və Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvilinin partiyasının Ukrayna Radasına seçkilərdə iştirakına icazə verib.

    Hurriyyet.org apa-ya xəbər verir ki, bu barədə M. Saakaşvili özünün “Facebook” səhifəsində qeyd edib.

    “Biz məhkəmədə qalib gəldik və seçkilərdə iştirak edəcəyik”,-deyə M.Saakaşvili bildirib.

    Qeyd edək ki, bir neçə gün öncə Ukrayna MSK M.Saakaşvilinin “Yeni Qüvvələr Hərəkatı” partiyasının bəzi üzvlərinin səhv məlumat verməsi səbəbi ilə seçkilərdə iştirakına icazə verməyib. Lakin MSK-nın qərarını Kiyev məhkəməsi ləğv edib. Məhkəmənin qərarından apelyasiya şikayəti verən MSK-ya Ukrayna Ali Məhkəməsindən də neqativ cavab gəlib.