“Biz vizual olaraq tendensiyanı görə bilirik, amma konkret sayı müəyyən edə bilmirik” – SAMİR ƏLİYEV

75

“Burda testin sayı da önəmlidir”

“Azərbaycanda koronavirusa yoluxma ilə bağlı statistik məlumatlar arasında mənim üçün maraqlı olan göstəricilərdən biri də test olunanlarla yoluxanlar arasındakı korelyasiyadr”. Hurriyyet.org xəbər verir ki, bu barədə iqtisadçı Samir Əliyev qeyd edib.

“Gündəlik test sayı barədə məlumat “maşın oxuyan” formatda deyil”

 S. Əliyev nəzərə çatdırıb ki, Operativ Qərargah əlbəttə, həm testin ümumi, həm də gündəlik sayı (qrafik olaraq) barədə məlumatları yerləşdirib: Ancaq gündəlik test sayı barədə məlumat “maşın oxuyan” formatda deyil. Yəni biz vizual olaraq tendensiyanı görə bilirik, amma konkret sayı müəyyən edə bilmirik. Bu isə testin sayı ilə yoluxma sayı arasında əlaqəni tapmağa çətinlik yaradır. Jurnalist dostlarımız bu barədə mətbuat konfransında sual versələr və məlumatları cədvəl və ya infoqrafika formasında təqdim etmələrini onlardan xahiş etsələr, minnətdar olardım”.

“Təkcə tibbi yox, həmçinin statistik məlumatlar əsasında da rəy yürütmək pis olmazdı”

S. Əliyevin sözlərinə görə, son günlər yoluxmanın sayında artımın əsas səbəbi karantinin yumşaldılmasıdır: “Ancaq burda testin sayı da önəmlidir. Yəni nə qədər az insan testdən keçsə, bir o qədər az yoluxma qeydə alınar. Qrafikdən də göründüyü kimi (aşağıya baxın) test sayında artım olması yoluxma sayına da artırıcı təsir göstərir. Hər bir halda yoluxma tendensiyası barədə istənilən təhlil vacibdir, Ona görə də təkcə tibbi yox, həmçinin statistik məlumatlar əsasında da rəy yürütmək pis olmazdı”.

Şamo EMİN, Hurriyyet.org