Biz niyə axmağıq?

231

Uduzmağımızın səbəbini bilməyincə, səhvimizi  düzəltməyincə, gərəkən tədbirimizi görməyincə, bizdən ağıllı adam olası deyil…

Biz tarixən – min illər öncədən ağıl və cəsarətimizlə, böyük  və qüdrətli dövlətlər, imperiyalar, dövrün normal həyatını qura bildiyimiz halda, sonradan ərəblərin hücumu qarşısında, ayrıca yaşayan xanlıqlarımız birləşib vahid gücə çevrilə bilmədiyindən, ayrı-ayrılıqda məğlub olduq. Sonucda yüz minlərlə soydaşımız öldürüldü, yurdumuz xaraba qaldı, özümüz ərəbə kölə olduq, özlüyümüzdən uzaqlaşdırılmaqla ərəbləşdik, daha sonra İranda farsların İslamı özəlləşdirmə formatı olan şiələşdirilməklə həm də farslaşdıq, özümüzün dünyəvi yaşam düzənimiz, düşüncə tərzimiz pozuldu. Ərəbin, farsın həyat reallığından uzaq nağılları, qondarma, geriçi, bizi bu günədək inkişafdan saxlayan, yarımvəhşi düşüncəsi, əslində isə düşüncəsizliyi əsasında yaşadılmaqla bu cür pis günə qaldıq, öz günümüzə “ağlamaqdansa”, farsın şovinist siyasətilə yem, hakimiyyət üstündə biri-birilə boğuşan, bizə əsla dəxli olmayan tarixi düşmənimiz yad ərəblərin halına ağlayırıq… Niyə?

…Niyə 1878-ci ildə  Osmanlı dövlətini  içindən vurmaq üçün Berlin Konqresində  ayaqlandırılan, 1893-cü ildə Anadoluda, 1905-ci ildə Güney Azərbaycan, Rus Çarlığı ərazisi sayılan Naxçıvan, İrəvan, Göycə, Zəngəzur, Dərələyəz, Qarabağ, Gəncə və Bakı mahallarında, 1918-ci ildə isə bu bölgələrdən də  əlavə –  Lənkəran,Səlyan, Quba, Şamaxı  mahallarında  türklərin, müsəlmanların soyqırımını törədən, 1918-ci ildə ingilis, fransız, alman, amerikan, rus havadarlarının bizimçün  ölüm-dirim tələbilə (Cümhuriyyətin olub-olmaması) İrəvan Xanlığının ərazisini bizdən qopardan, 1921-23-cü ildə  qanunsuz olaraq Qarabağda öz muxtariyyətini  yaradan, 1948-1953-cü illərdə on minlərlə, 1988-ci ildə isə Sovetlərin  himayəsiylə, 200 mindən çox soydaşımızı öldürməklə və ölüm hədəsilə öz yurdlarından  deportasiya  edən, 1988-ci ildə soyqırım törətməklə Dağlıq Qarabağ və ətraf ərazilərimizi də işğal edən  ermənilərə  uduzuruq… Niyə?

Niyə  və hansı ağılla bu günədək  ermənilərin arxasında  duran məlum  güclərin (ATƏT-in Minsk qrupu)  torpaqlarımızı guya sülh  yoluyla qaytarılacağına 30 ildir sadəlövhcəsinə (oxu, axmaqcasına) inanlarımız vardı?

Bu gün (aqillərimiz lap əvvəldən bilirdi) artlq torpaqlarımızın  barış  yoluyla  qaytarılmayacağını   yəqin edib, savaşla  qaytarırıq ki, bu, ən düzgün yoldur. Bu günədək düşmənlə aramızda vasitəçiliyin əslində  bizim əl-qolumuzu  bağlamaq, itkilərimizlə barışdırmaq  vasitəsi  olduğunu,  bizə ziyanını  aşkar  gördük. Biz  düşmənlə  üz-üzə  savaşdayıqsa, artıq bizim çoxüzlü və xristian təəssübkeşli vasitəçilərə ehtiyacımız yoxdur. Çünki məsələni canımız, qanımız  bahasına  da  olsa  birdəfəlik  həll  etməliyik və edəcəyik. Ağıllı böyüklərimiz çox  düzgün olaraq  deyiblər: “Məndən  sənə  öyüd: – dənini özün üyüd”. Odur ki, biz də öz daxili işimizi, nəhayət, özümüz görürük.

İndi ki, belə  oldu, onda  rədd olsun aradüzəldən, baş girələyən, bizi uduzduran  vasitəçilər. Biz öz haqqımızı qaytarandan sonra kimsənin araçılığına ehtiyacımız da qalmır. Bizim torpağımız əlimizdə olandan sonra bizə danışıqıar da lazım  deyil. Düşmənə lazımdırsa, özü bilər,  vasitəçi  axtarsın. Bizdən başqa  kiminlə, nə barədə, nə qədər  istəyirlər  danışsınlar, tərəf tapmasalar hərzə kimi özləri, özləri ilə  danışsınlar. Əgər torpaqlarımız sülh yoluyla qaytarılsaydı, hə, onda danışıqların yeri vardı, müharibə oldusa, artıq  bizim  üçün  danışıqlar  qatarı ötüb keçdi, geridə qaldı… Bizimçün  iztirablı  32 il  davam  edən danışıqlar  fürsətini ermənilər  yekəbaşcasına  əldən  verdilər,  indi bacarırlarsa  özlərinin  məsuliyyətsizcəsinə  ötürdükləri,  artıq  keçmiş  zamanda  qalan  danışıqlar  qatarına  çatsınlar…

Bizim Qarabaq  uğrunda Vətən müharibəsində  verdiyimiz  on  minlərlə  şəhidimizdən, yurdumuzun xaraba qalmasından, Stalin  tərəfindən ermənilərə  verilən  muxtariyyətin  tam  qanunsuz  olduğunu  biləndən, nəhayət, Qarabağı və bütün torpaqlarımızı  qaytarandan, bayrağımızı Ermənistanla aramızdakı sərhəddə  sancandan  sonra, biz hansı ağılla, bizimlə uduzanadək vuruşan, insanlarımızı öldürən, bizimlə birlikdə yaşamağı mümkün saymayan və bunu özünə əskiklik bilən, insanlıqdan uzaq  ermənilərə ayrıca  status  verilməsi  haqqında  düşünürük?! Ermənilərin indiyədək bizə  yaşatdıqları yuxarıda sadalanan və sadalanmayan  məhrumiyyətlərə  görəmi? Bizim tərəfimizdən  bu cür  məntiqsiz  düşüncənin adı axmaqlıq deyilsə, bəs nədir?

Necə  olur ki, ermənilər 1988-ci ildə bizim tarixi  torpaqlarımız olan  Ermənistandan  sonuncu  nəfərədək  qovduqları  200  mindən  çox  soydaşımıza  muxtariyyət verilməsini  heç  ağllarının  ucundan  belə  keçirmirlər, biz isə erməni  havadarları  tərəfindən  bizə  sırınan, bizi  öldürən, yurdumuzu  talayan, viran  qoyan  40-50  min cinayətkar  ermənilərə,  bizim  qanuna,  vətənə, dövlətçiliyimizə  sadiq  olan  başqa  azsaylı  xalqlardan  olan  vətəndaşlarımızdan  fərqli  olaraq,  daha  üstün  vətəndaşlıq  statusu  verilməsini  düşünür və dartışırıq? Bu ədalətsiz  düşüncə  bizim  tərəfimizdən  axmaqlıq  deyilsə,  bəs  nədir?

Bu günkü müharibədə torpaqlarımıza qayıdandan sonra bütün işğalçılar, separatçılar cinayət məsuliyyətinə cəlb  edilməli, bizə vurulan ziyan  Ermənistan tərəfindən məğlub  tərəf olaraq  təzminat kimi tam ödənilməli, yalnız  bundan sonra  Ermənistanda  yaşayan  soydaşlarımız  qədər Azərbaycan vətəndaşlığını  qəbul edən, yalnız Qarabağlı ermənilər  ayrıca  statussuz-filansız  adi  vətəndaşlarımız  kimi yaşaya  bilərlər.

Birbaşa  ərazi əlaqəsi yaradıldıqdan sonra  Naxçıvanın Muxtar Dövlət statusu da ləğv edilməli və beləliklə  Konstitusiyamıza uyğun olaraq dövlətimizin unitarlığı təmin edilməlidir.

Bizi  daim  uğursuzluğa  calayan,  dünyəvi   düşüncədən  uzaqlaşdırmaqla inkişafdan saxlayan, kiminsə  qulu  (oxu, Allahın və onun yaratdığı  din dələduzlarının, qoluzorluların, parazitlərin)  sayan  köləlik  düşüncəsindən  qurtulub, elm, bilim, inkişaf, düzgün  idarəçilik,  mədəniyyət, bir sözlə  tam  dünyəvi  düşüncə  yoluna  qayıtmaqla, bütün  problemlərimizi  həll  edə, inkişafımızı və yaşayışımızı  ən üstün  səviyyədə  qura  bilərik.

Bakı, 09.10.2020

***

…10.11.2020-ci il tarixli üçtərəfli – Rusiya, Ermənistan və Azərbaycanın gecə yarısı, saat  00:03-də verilən Bəyanatı ilə döyüşən qüvvələr olduqları yerdə qalmaqla, əslində növbəti rus zorakılığı ilə atəşkəs elan olundu: -ermənilərə öz silah-sursatı və hərbi texnikaları ilə (?!, Müharibədə yenilən tərəfə əsla tanınmayan haqq)  Azərbaycan torpaqlarını tərk etmələri; Kəlbəcərdən çıxmaları üçün verilən 5 (onlar 1993-də çıxmaq üçün Kəlbəcərlilərə 10 saat vaxt vermişdilər) + düşmən xahişini humanistcəsinə (oxu, axmaqcasına) nəzərə alaraq əlavə 10 gün, Ağdamdan 20.11.2020-ci iltarixədək, qalan yerlərdən- Əsgəran, Xocalı, Xankəndi, Xocavənd, Ağdərə və Laçından- çıxmaları üçün 01.12.2020-ci il tarixədək vaxt verildi(Halbuki, biz qalib tərəf kimi, onların əsla layiq olmadıqları humanistlik göstərməklə, silahsız və sursatsız, hər cür hərbi texnikasız, yalnız  boş canlarını qurtarmaqla, minalanmış sahələrin xəritəsini bizə verməklə, bizim əsirləri və yaralıları dərhal qaytarmaqla, 3-5 saat vaxt verilməsi daha məntiqli olardı ki, qaçaraq çıxmaqla törətdikləri vəhşilikləri, pislikləri davam edə bilməsinlər…). Erməni də öz xislətinə uyğun olaraq, “sülhməramlı” düşmənlərimiz rus hərbçilərinin və bizim tamaşaçılığımızla (?!), nümayişkaranə olaraq,  bu vaxt-güzəştdən ona qalmayacaq, özünün olmayan, bizə məxsus  bütün əmlakı, meşələri yandırmaq, məhv etmək, ərazini, hətta əsgərlərimizin meyitlərini belə minalamaq, yəni bizə mümkün qədər daha çox ziyan vurmaq, pislik etmək üçün istifadə etdi… Biz isə onların heç sahib durmaq istəmədikləri meyitlərini  (çünki bu meyitlərin xeylisi xaricdən gətirilən muzdlu terrorçular idi) olduğu kimi onlara təslim etdik…

Ruslar faktiki oilaraq  bizim aypara şəkilli mühasirəmizin ortasında qalan 25 minədək erməni əsgərinin əlimizdən sağ buraxılmasına şərait yaratdılar. Artıq bu gün (28.11.2020)  Füzulinin Aşağı Seyidəhmədli kəndində  ermənilərin basdırdığı tank əleyhinə minalardan ikisi partlayaraq, öz yurduna qayıdan  4 nəfər vətəndaşımızı öldürdü. Hələ bundan sonra neçəsini öldürməklə, qalanlarını daim səksəkədə saxlayacaq və ola bilsin ki, insanlarımız  güvənsizlikdən öz yurdlarına dönmək istəməsinlər…

Məmmədxan  ƏZİZXANLI,

Hüquqşünas

Bakı, 28.11.2020

P.S. Əziz oxucu, sonda yenidən bu yazının başlığına dönürəm, humanizm adı ilə, əslində sadəlövhlükdən, sayalıqdan abdallıq dərəcəsinə enərək, düşmənə sadalanan fürsətləri verməklə “Niyə biz axmağıq?…”

Redaksiyadan: Müəllifin xahişi ilə yazını olduğu kimi dərc etdik…