“Biz hazırda prosesin vacib mərhələsindəyik” – CEYHUN BAYRAMOV

54

Koronavirus aşkarlanandan dərhal sonra növbəti iş günündən martın 2-dən Azərbaycanın bütün ərazisində tədrisin dayandırılması barədə qərar verildi.

Hurriyyet.org-un məlumatına görə, bunu Nazirlər Kabienti yanında Operartiv Qərargahın mətbuat konfrasında Təhsil naziri Ceyhun Bayramov bildirib.

C.Bayramovun sözlərinə görə, bu qərar qəbul olunan zaman 12 ölkədə oxşar məhdudiyyət tətbiq edilirdi:

“Daha sonra isə 191 ölkə oxşar tədbirləri həyata keçirməyə başladı. Bu isə Azərbaycanın proseslərə nə qədər çevik yanaşdığınını təsdiqidir. Eyni zamanda, dövlət tərəfindən qəbul edilmiş qərarlarla yanaşı, bu tipli problemin qısa müddətdə nəzarətə götürülməsi, insanların sağlamlığına vura biləcəyi təsirlərin qarşısının alınması, veirlmiş qərarlar, dövlət orqanlarının çevik reaksiyası, vətəndaş-dövlət həmrəyliyi hesabına baş tutdu.

Biz hazırda prosesin vacib mərhələsindəyik. Çünki bu gündən məhdudiyyətlərin yumşalmasını yaşayırıq. Məhdudyyətlərin aradan götürülməsi və digər sektorların açılması sürəti, yenidən məhdudiyyətlərin tətbiqi ehtimalının sıfıra endirilməsi üçün hər bir vətəndaş öz davranışını ortaya qoymalıdır”.

C.Bayramov qeyd edib ki, tədrisin dayandırılmasından sonra həyata keçiriləəck tədbirlər barədə hədəflər müəyyənləşdi:

“Martın 11-dən etibarən ilkin olaraq Mədəniyyət kanalında “teledərslər” layihəsinə start verdik. 29 apreldə “Teledərslər”in mininci buraxılışı efirə veriləcək. 1 milyon 600 min şagirdimiz var. Azərbaycan regionda bu cür layihə tətbiq edən ilk dövlətlərdəndir”./modern.az/