«Biz ermənilərin Rusiyanın nə etməli olduğu barədə göstərişlərindən yorulmuşuq»

111

Ermənistanı tez-tez dəstəkləyən rus siyasətçi Konstantin Zatulin, bu ölkənin “Hraparak” qəzetinə verdiyi müsahibədə təcavüzkar ölkənin yeni rəhbərliyinin Rusiyanın hazırkı vəziyyətdə necə hərəkət etməsinin gərəkdiyi barədə verdiyi təlimatlara qəzəbli şəkildə əks-reaksiya verib.

“Mənim mövqeyimi bilirsiniz – məni ermənipərəst adlandırırlar və s. Ancaq sizə açıq demək istəyirəm ki,  Rusiyanın nə etməli olduğunu  ermənilərdən eşitməkdən bezmişik. Lazım olanları özünüz edin. Ancaq Ermənistan indi nə edə bilər?”  Zatulin suala sualla cavab verib.

“KTMT? Baxın, əgər Ermənistan KTMT üzvü kimi maraqlarının pozulduğunu düşünürsə, KTMT -yə müraciət etsin. Bəs Ermənistan nə edir? Niyə KTMT-yə müraciət etmir?”

Çünki Ermənistan hökuməti Rusiyaya kömək üçün müraciət etsə, bunu elə etməlidir ki, Allah eləməmiş, Qərbdəki dostlarının xətrinə dəyməsin. Kimə güvənə biləcəyinizi başa düşməlisiniz. Siz qərar verməlisiniz. Rusiyanın bu vəziyyəti çözməyə çalışması normal deyil. Ermənistan siyasi baxımdan bölünüb. Ermənistanın baş naziri isə keçmiş prezidenti və fraksiya rəhbərini həbsdə saxlayaraq ölkəni idarə  edəcəyini iddia edir. Məgər belə müharibə edirlər? “- deyə Zatulin vurğulayıb.

Ülviyyə Şükürova