Biz bu gün nə etməliyik?

372

Bu gün Türkiyə sülhməramlılarının Rusiya sülhməramlıları ilə bərabər bütün proseslərdə və eyni hüquqla iştirakına nail ola bilməsək, gələcəkdə Dağlıq Qarabağda təkcə sıravi azərbaycanlılardan başqa, ölkənin mülki, hüquq-mühafizə orqanları, hərbi qüvvələrinin çiyninə həll edilməsi fövqəladə dərəcədə çətin olan problemlər paketi qoyulmuş olacaq…

 Azərbaycan Respublikası Milli Məclisinin üzvü Rasim Musabəyov mətbuata müsahibəsində bildirir ki, – «Türkiyə sülhməramlılarının Dağlıq Qarabağ ərazisində yerləşdirilməsi ermənilər tərəfindən provokasiya (təxribat) törədilməsinə səbəb ola bilər. Çünki hələ Dağlıq Qarabağ ərazilərində silahlı ermənilər var». Bu, bir həqiqətdir. Bu fikirlə razılaşmamaq olmur. Digər tərəfdən, Rusiya sosial şəbəkəsində V.Solovyovun verilişində bir vaxt Qorbaçovun müşaviri olmuş Şahnazaryanın oğlu Karen  Şahnazaryan da bildirir ki, – «Hələ SSRİ yaranmamışdan əvvəlki dövrlərdə də Dağlıq Qarabağ ərazisində yaşayan ermənilərin silahlı dəstələri daim mövcud olmuşdur. SSRİ yaranandan bir neçə onillikdən sonra ölkədə güclü və yüksək peşəkarlığa malik ordu yaradılan vaxt bu silahlı dəstələri ləğv etmək mümkün olmuşdur. İndi də hələ uzun illər Dağlıq Qarabağın erməni silahlıları dağlara çəkilərək uzun müddət fəaliyyət göstərəcəklər». Bu da həqiqətdir, qəbul etməmək olmur.

Bu gün Dağlıq Qarabağda mövcud olan silahlı ermənilərin sıralarında təkcə sıravi mülki vətəndaşların deyil, terror və diversiyalar üzrə ixtisaslaşmış peşəkar terrorçu dəstələrinin mövcudluğunu rusiyalı politoloq O.Kuznetsov da Xankəndi-Şuşa su kəmərinin ancaq məhz belə peşəkar terrorçu qrupunun partlada biləcəyini məntiqi dəlillərlə sübut etməklə, bir daha R.Musabəyovun və K.Şaxnazaryanın fikirlərini təsdiq edir. Lakin burada çox kiçik, lakin böyük əhəmiyyəti olan bir məsələ «təsadüfən» və ya qəsdən unudulur ki, ermənilər rus sülhməramlılarını torta və arağa qonaq etməklə onları «neytrallaşdıraraq», bu partlayışı törətmişlər. Türkiyə sülhməramlılarına bunu tətbiq etmək mümkün deyil. Rusiyanın prezidenti V.Putin də Türkiyə hərbi qüvvələrinin rusiya hərbçiləri ilə bərabər sülhməramlı missiyasının həyata keçirilməsində əsas maneə kimi ermənilərin terrorçu qruplarının 1915-ci ildə məhv edilməsini nəzərdə tutaraq, guya ermənilərin tarixən türklərdən qorxmasını göstərmişdir. Lakin Rusiya prezidentinin bir neçə yüz min erməninin hazırda Türkiyədə yaşamaqdan niyə qorxmadığını izah etmək «yaddından çıxıb».

Bundan başqa, bütün beynəlxalq təşkilatlar və Rusiya, Ermənistan, Fransa, ABŞ, İran, digər ölkələr Dağlıq Qarabağın Azərbaycan ərazisi olmasını qəbul edir. Bu o deməkdir ki, Dağlıq Qarabağa müstəqillik verilə bilməz və Azərbaycan Prezidenti də dəfələrlə bildirib ki, biz ərazilərimizi müharibə yolu ilə azad etdiyimizə görə Dağlıq Qarabağa heç bir status verilməyəcək. Azərbaycan, Rusiya, Ermənistan arasında bağlanan sazişə görə, bütün qaçqınlar (azərbaycanlı və ermənilər) geriyə, Dağlıq Qarabağa və azad edilmiş yeddi rayona qayıtmalıdır. Ermənilər ancaq rus sülhməramlılarına etibar edir və bu günə 50 mindən çox erməni artıq Dağlıq Qarabağa qayıdıb və Rusiya sülhməramlılarının himayəsində məskunlaşırlar. Bu prosesin nizamlanmasında irəliyə atılan addımdır.

Bəs Dağlıq Qarabağın Rusiya sülhməramlılarının himayəsində olacaq azərbaycanlılar 1918-1920-ci, 1988-1990-cı illərdə Bakıda rusların Krasnodar vilayətindən gətirdikləri ermənilərlə birlikdə, Xocalıda, Dağlıq Qarabağın digər rayonlarında, 1918-1920-ci illərdə bolşevik daşnakları ilə birlikdə Azərbaycan ərazilərində həyata keçirdikləri soyqırımlarına, ağlagəlməz cinayətlərinə görə azərbaycanlılar hansı hesab və məntiqlə Rusiya sülhməramlılarına öz həyatlarını etibar etməli və inanmalıdır? Ermənilər ruslara inandığı, etibar etdikləri kimi, azərbaycanlılar da Türkiyə sülhməramlılarına inanır və etibar edir. Bu, məsələnin bir tərəfi.

Digər tərəfdən, sazişdə nəzərdə tutulduğu halda, erməni silahlıları Azərbaycan ərazisi olan Dağlıq Qarabağdan niyə çıxarılmır və onlar olduğu yerdə azərbaycanlı qaçqınlar necə oraya qayıdıb, təhlükəsiz məskunlaşa bilərlər? Məhz bu iki səbəb Türkiyə sülhməramlılarının Dağlıq Qarabağda sülhməramlı fünksiyasını rusiyalılarla bərabər sayda, şəraitdə, hüquqda və eyni ərazidə həyata keçirməsini labüd edir. Bundan başqa, Türkiyə sülhməramlılarının da bu məsələdə eyni şərtlərlə tam iştirakı bütün Dağlıq Qarabağ ərazilərinin minalardan, silahlı terrorçu qruplardan təmizlənməsini sürətləndirməklə bərabər, baş verə biləcək hər hansı bir təxribatın ikibaşlı və ya qeyri-obyektiv yozulması üçün heç kəsə imkan verməz.

O ki qaldı R.Musabəyovun dediyi provokasiya (təxribat) ehtimalına, məgər Xankəndi-Şuşa su kəməri partladılan zaman Türkiyə sülhməramlıları Xankəndində idi? Terror, təxribat istər Dağlıq Qarabağda yaşayan, Şahnazaryanın dediyi dağlara çəkilmiş erməni silahlıları, Ermənistandan Dağlıq Qarabağa gizli yollarla keçirilən təxribatçı dəstələr, Ermənistan dövlətinin öz ərazisində olan leqitim hərbi qüvvələrin belə təxribatı daim ola biləcək. Bunun belə olmayacağını düşünmək ən azı sadəlövhlük və nadanlıqdır.

Rusiya sülhməramlıları ölkə ərazisindən çıxdıqdan sonra onların yerini Azərbaycan hərbi qüvvələri tutmalıdır. Əgər biz bu gün Türkiyə sülhməramlılarının Rusiya sülhməramlıları ilə bərabər bütün proseslərdə və eyni hüquqla iştirakına nail ola bilməsək, gələcəkdə Dağlıq Qarabağda təkcə sıravi azərbaycanlılardan başqa ölkənin mülki, hüquq-mühafizə orqanları, hərbi qüvvələrinin çiyninə həll edilməsi fövqəladə dərəcədə çətin olan problemlər paketi qoyulmuş olacaq. Xüsusilə ona görə ki, 30 il işğal dövründə xarici ölkələrdən Dağlıq Qarabağ və digər işğal olunan əraziyə gətirilib məskunlaşdırılan ermənilər sadə, mülki insanlar olmayıb, ASALA və RKK kimi terror təşkilatlarının peşəkar terrorçularıdır və onları Azərbaycan ərazisindən çıxarmağa heç hazırlaşmırlar da. Ən təhlükəli məsələlərdən biri də budur.

Ermənilərin Azərbaycan ərazisində bundan sonra da mövcudluğu Azərbaycan xalqı və dövləti üçün daim təhlükə mənbəyi olaraq qalacaq. Bu təhlükəni, Sultan Əbdülhəmid demişkən, erməni məsələsini ancaq ermənilərin axırına çıxmaqla həll etmək olar. Buna isə nə beynəlxalq hüquq, nə də ermənilərə himayədarlıq edən iri dövlətlər imkan vermir. Buna Azərbaycan ordusunun hətta erməni silahlı quldur dəstələrinin Azərbaycanın öz ərazisindən tam qovaraq çıxarılmasının qarşısının Rusiya tərəfindən alınmasını, bundan sonra Fransanın parlamentinin Qarabağdakı qondarma erməni rejiminin tanınmasına ciddi cəhd göstərdiyini misal çəkmək olar. Lakin bu, Azərbaycan ərazisində ermənilərin zərərsizləşdirilməsinin mümkün olmadığı anlamına gəlmir. Ruslar demişkən, hər bir çıxılmaz vəziyyətdən ən azı iki çıxış yolu var. Bu çıxış yollarını müəyyən etmək üçün «erməni mexanizmini» hərəkətə gətirən bir neçə ünsürün tarixi dövrlərdən bəri fəaliyyətinə baxaq. Məlumdur ki, tarixdə heç bir vaxt erməni dövləti mövcud olmayıb. Mən sözlərimin doğruluğunu təsdiq etmək üçün tarixi proseslərin uzun-uzadı, ardıcıl təhlilinə yox, erməni alimlərinin öz araşdırmalarına və gəldikdəri nəticələrə çox qısa şəkildə istinad edəcəyəm.

(Ardı var)

Şapur Qasimi