Biz bu gün nə etməliyik?

423

Bu gün Türkiyə sülhməramlılarının Rusiya sülhməramlıları ilə bərabər bütün proseslərdə və eyni hüquqla iştirakına nail ola bilməsək, gələcəkdə Dağlıq Qarabağda təkcə sıravi azərbaycanlılardan başqa, ölkənin mülki, hüquq-mühafizə orqanları, hərbi qüvvələrinin çiyninə həll edilməsi fövqəladə dərəcədə çətin olan problemlər paketi qoyulmuş olacaq…

 Azərbaycan Respublikası Milli Məclisinin üzvü Rasim Musabəyov mətbuata müsahibəsində bildirir ki, – «Türkiyə sülhməramlılarının Dağlıq Qarabağ ərazisində yerləşdirilməsi ermənilər tərəfindən provokasiya (təxribat) törədilməsinə səbəb ola bilər. Çünki hələ Dağlıq Qarabağ ərazilərində silahlı ermənilər var». Bu, bir həqiqətdir. Bu fikirlə razılaşmamaq olmur. Digər tərəfdən, Rusiya sosial şəbəkəsində V.Solovyovun verilişində bir vaxt Qorbaçovun müşaviri olmuş Şahnazaryanın oğlu Karen  Şahnazaryan da bildirir ki, – «Hələ SSRİ yaranmamışdan əvvəlki dövrlərdə də Dağlıq Qarabağ ərazisində yaşayan ermənilərin silahlı dəstələri daim mövcud olmuşdur. SSRİ yaranandan bir neçə onillikdən sonra ölkədə güclü və yüksək peşəkarlığa malik ordu yaradılan vaxt bu silahlı dəstələri ləğv etmək mümkün olmuşdur. İndi də hələ uzun illər Dağlıq Qarabağın erməni silahlıları dağlara çəkilərək uzun müddət fəaliyyət göstərəcəklər». Bu da həqiqətdir, qəbul etməmək olmur.

Məlumdur ki, tarixdə heç bir vaxt erməni dövləti mövcud olmayıb. Mən sözlərimin doğruluğunu təsdiq etmək üçün tarixi proseslərin uzun-uzadı, ardıcıl təhlilinə yox, erməni alimlərinin öz araşdırmalarına və gəldikdəri nəticələrə çox qısa şəkildə istinad edəcəyəm.

Qevorq Aslan – erməni tarixçisi: «Ermənilərin dövlətçiliyi olmayıb. Onlar Vətən hissəsinə bağlı deyillər. Erməni vətənpərvərliyi ancaq yaşadığı yer ilə bağlıdır. Heç bir zaman mövcud olmayan «Böyük Ermənistan» yaradılması xəyali ideyası isə bütün dünya haylarını birləşdirən ümumilli nəzəri vasitədir». (Ermənistan və ermənilər. Paris, 1907).

Erməni dövləti yüz il bundan öncə ingilislər və ruslar tərəfindən türk dövlətlərinə qarşı təxribat üçün oyuncaq dövlət kimi yaradılıb və bu günə qədər də bu məqsədlə iri dövlətlər tərəfindən bu təyinatla qorunaraq istifadə edilir. Yəni erməni dövləti heç də, göründüyü kimi, erməni millətini idarə edən, onun taleyüklü, strateji məsələlərini müəyyən edən, real hakimiyyətə malik olan bir qurum deyil. 1918-ci ildə yarandığı gündən bu günədək mövcud olduğu 102 ildə erməni dövlətinə nüfuz edən əsas üç qüvvə mövcuddur. Bunlardan birincisi erməni kilsəsi, ikincisi Daşnaksütyun partiyası, üçüncüsü isə Fransa, Rusiya və ABŞ dövlətləridir.

Ermənilər millət olaraq yarandığı gündən qaraçı olaraq başıpozuq köçəri həyatı sürmüşlər. Ermənilərin milli kökü haqqında akademik Manuk Abeqyan yazır ki, – «Erməni xalqının kökü, buraya nə vaxt, necə, haradan, hansı yolla gəlməsi haqda bizdə dəqiq və aydın məlumat yoxdur». (Erməni ədəbiyyatı tarixi. Yerevan, 1975). Erməni akademiki bu gün Ermənistan adlanan dövlətin ərazisinə ermənilərin nə vaxt, necə, kimlər tərəfindən və nə məqsədlə gətirilməsi barədə minlərlə rəsmi sənədlərin mövcudluğunu bilsə də, ermənilərin yerli əhali olmadığını belə qeyri-müəyyənliklə pərdələyir. O, məsələnin mahiyyətinə cavab verməkdən bu üsulla yayınmaqla nabələd oxucularda ermənilərin ən qədim dövrlərdən buraya gəlməsi təəssüratını yaratmaq istəyir.

Mənşəyi məlum olmayan köçəri ermənilər xristianlığı qəbul etdikdən sonra Qriqorian kilsəsi ümumerməni milli məsələlərini idarə edən bir siyasi qurum kimi ortaya çıxır. Mən ona görə, siyasi qurum kimi yazıram ki, ermənilər xristianlığı qəbul etdiyi vaxt, xristianlığın bir neçə əsas oturuşmuş cərəyanı olduğu halda, xristianlığa bir neçə əhəmiyyətsiz dəyişiklik edərək qriqorianlıq cərəyanını yaradıb, onu qəbul etmələri əvvəlcədən siyasi məqsədlər güdmüşdür. Belə ki, bu, onları milli məqsədlərini həyata keçirmələri prosesində digər xristian kilsələrindən asılı olmaqdan azad etməklə yanaşı, xristian həmrəyliyi əsasında bütün xristian kilsələri və xalqlarının resurslarından istifadə etməyə imkan vermiş olur. Bundan başqa, hər hansı bir milli dövlətin ərazisində olan kilsə onun ətrafına toplanan ermənilərin bu ərazidə toplum halında məskunlaşaraq artımını, həm də bir müddətdən sonra bu torpaqların ermənilərə məxsus olması haqqında iddia etməyinə bəhanə rolunu oynayır.

Hətta 16-cı əsrdən bu tərəfə bu prosesi izlədikdə biz nəinki bunun, həm də bunun üçün ermənilərin hansı üsul və vasitələrdən istifadə etməsinin şahidi oluruq.

Erməni səyahətçi Simeon Lexasi hələ 16-cı əsrin əvvəllərində öz səyahətləri haqqında təəssüratlarını SSRİ Elmlər Akademiyasının 1965-ci ildə çap etdiyi «Yol qeydləri»ndə yazır: «İstanbulda səkkiz kilsə (yunanlara məxsus – müəllif) var idi. Bunlardan ən başlıcası olan və Sulumanasarda yerdəşən müqəddəs Qevorq kilsəsini Fateh Sultan II Mehmet yunanlardan alıb ermənilərə vermişdi və bu kilsə 1641-ci ilə qədər erməni patriarxlarının İstambulda iqamətgahı olmuşdu».

Lexasi yazır: «Yunanlar… bizləri (yəni, erməniləri – müəllif) gördükdə tüpürür və qışqırırdılar; «işkil» – yəni it». «Əgər bir erməni onların qabında su içmiş və ya yemək yemişsə, bahalı da olsa dərhal bu qabı sındırırdılar… Bizim müqəddəs patriarx Saak, Mehmetin yanına gedib bizim köhnə düşmənimiz olan yunanlardan bizim qorunacağımıza razılıq aldı… Mən bizim tarixçilərin yazısından oxumuşdum ki, yunanların hakimiyyəti dövründə İstambulda nəinki bir erməni yaşamayıb, ora bir erməninin ayağı belə dəyməyib. Ora hətta erməni tacirləri belə buraxmayıblar… Türklər İstambulu aldıqdan sonra isə bir çox əyalətlərdən erməniləri gətirib yunanlardan böyük və möhtəşəm kilsələri alaraq ermənilərə veriblər».

Hələ bundan əsrlər əvvəl katalikos Saak III Dzoroporesi (677-703-cü illər) ərəb istilasının ilk dövrlərində yeni hakimiyyətin, ərəb xilafətinin tərəfinə keçmiş, onun sələfi Eliya isə 702-ci ildə alban patriarxının vizantiyalı din və dövlət rəhbərləri ilə təmasları olduğu barədə ərəb xəlifəsinə casusluq etməklə alban kilsəsinin xəlifənin göstərişi ilə erməni kilsəsinə tabe edilməsinə nail olmuşdur.

Türklərin ermənilərə etdiyi bütün xeyirxahlığın nəticəsində osmanlı dövlətinin torpaqlarında məskunlaşıb həmin ərazilərdə yerləşən qədim yunan və alban monastır və kilsələrə ərəb və türk hökmdarlarının vasitəsilə hüquqi cəhətdən sahib olan ermənilər artıq 20-ci əsrin əvvəllərində, daha dəqiq 1915-ci ildə aropalılar və rusların Osmanlı dövləti ilə apardığı qanlı müharibədə türklərə arxadan ölümcül zərbə vuraraq, ümumilikdə üç milyona qədər türkü qətlə yetirməsinə baxmayaraq, bu günə qədər yüz ildən çox keçən bir müddətdə guya türklərin erməniləri soyğırımına məruz qoyması haqda heç bir əsası olmayan iftira ilə bərabər, türklərin onları yunanların hücumundan xilas və himayə edərək yerləşdirdiyi türk torpaqlarının erməni torpağı olduğuna iddia irəli sürürlər. Bu əsassız iddialardan isə türk düşmənlərinin hərəsi öz məqsədləri üçün sui-istifadə edirlər.

Lexasinin təsvir etdiyi yunanların ermənilərə olan mənfi münasibəti heç də əsassız deyil. Görünür, ermənilərin türklərə qarşı etdiklərini əvvəllər yunanlara qarşı da etmişlər. Ermənilərin bu gün Rusiya ərazisində rus dövlətinin vasitəsilə məskunlaşıb, rus dövlətinin vasitəsilə 1836-cı ildə Rusiyanın yurisdiksiyasındakı Azərbaycan ərazisində mövcud olan Alban Katalikosatını ləğv etdirərək bu ərazilərdə olan alban monastır və kilsələrinə hüquqi cəhətdən sahib olmaqla, Azərbaycan torpaqlarının bir hissəsini himayədarları vasitəsilə alıb erməni dövləti qurmaqla kifayətlənməyərək bu gün Qarabağı da özününküləşdirmək cəhdləri ilə yanaşı, 200 ildən çox onu bəsləiyb, qoruyan rus dövləti və millətinə xəyanət etmək cəhdləri tarixin bir daha təkrar olunduğunu göstərir. Lakin bu dəfə himayədar Osmanlı deyil, rus dövləti olsa da, xəyanətkar elə həmin erməni milləti, erməni dini və dövlət başçılarıdır. Erməni kilsəsi yarandığı gündən indiyədək bütün bu proseslərin başında duran, ona rəhbərlikdə həlledici rol oynayan din libasına bürünmüş siyasi bir qurumdur. Lap elə fars şovinizminin şiəlik libasındakı islam dini qurumu kimi. Bu proseslərdə mühüm rol oynayan Daşnaksütyun partiyası, erməni dövləti və onun himayədarları ancaq ikinci dərəcəli iştirakçılardır. Çünki müxtəlif millətlərin ərazilərində özgə kilsələrini müxtəlif hiylə və yalanlar vasitəsilə özəlləşdirərək onun ətrafında erməni əhalisini məskunlaşdırıb, təşkilatlandırmaqla ermənilərin sonrakı iddialarına və hərəkətlərinə əsasları məhz erməni kilsəsi yaradır və sonrakı prosesləri arxa planda duraraq idarə edir.

(Ardı var)

Şapur Qasimi