“Biz bəzi məsələlərdə heç “2 G” mərhələsinə çatmamışıq” – RÖVŞƏN AĞAYEV

42

“Ölkənin 1 nömrəli şirkəti SOCAR başda olmaqla, dövlət şirkətləri hətta primitiv səviyyədə olan vahid dövlət elektron satınalmalar portalına belə qoşulmayıblar”

“Dövlət xidmətlərində rəqəmsallaşma və elektronlaşmanın potensial imkanlarından onlayn icazə və lisenziyalar, müraciətlər üçün faydalanmaq 10-15 il əvvələ qədər aktual idi”. Hurriyyet.org xəbər verir ki, bu fikirlərin müəllifi İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini, iqtisadçı ekspert Rövşən Ağayevdir.

Bu gün dünyanın rəqəmsallaşmanın “5G” mərhələsini yaşadığını vurğulayan iqtisadçı ekspertin qənaətincə, biz bəzi məsələlərdə heç “2 G” mərhələsinə çatmamışıq: “Əyani nümunə elektron dövlət satınalmaları: biz dövlət xidmətlərinin elektronlaşmasından çox həvəslə danışsaq da, normal bir elektron satınalma sistemi qura bilmirik. Ölkənin 1 nömrəli şirkəti SOCAR başda olmaqla, dövlət şirkətləri hətta primitiv səviyyədə olan vahid dövlət elektron satınalmalar portalına belə qoşulmayıblar. Elektron satınalmanın korrupsiyanın kökünü kəsə biləcək panaseya olduğunu iddia etmərəm. Amma ən azından 70-80 faiz azalda biləcəyinə də şübhəm yoxdur”.

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org