“Bizə dövlətdən yardım lazım deyil, onun yardımı işləməyə imkan yaratmasıdır” – SAMİR ƏLİYEV

69

“İnsanlarla gündəlik təmasımız məhduddur”

“5 iyul tarixindən bütün icazələrin ləğvi çox səhv qərar idi. Bu, ona oxşayır ki, problemi həll etmək əvəzinə, onu kökündən ləğv edirsən. Ona görə, səhvdir ki, yenidən qeydiyyat icazələr portalının qısa müddətli dövr ərzindən yüklənməsinə gətirib çıxarır və xeyli sahibkar və ya muzdlu kənarda qalır. Digər tərəfdən icazə verilən fəaliyyət sahələrinin məhdudlaşdırılması pandemiya dövründə birtəhər ayaqda qalmış sahibkarlıq subyektlərinin sıradan çıxmasına səbəb olacaq”. Hurriyyet.org xəbər verir ki, bu barədə iqtisadçı Samir Əliyev qeyd edib.

“Bizə sadəcə hərəkət azadlığı lazımdır”

S.Əliyevin sözlərinə görə, elə fəaliyyət sahələri var ki, indiki dövrdə onların işləməsi yoluxmanı şərtləndirmir, həm özlərinin sosial təminatını qorumaq, həm də dövlət büdcəsinə çətin bir dövrdə vergi və sosial ödənişləri ödəmək baxımından onların işləməsi vacibdir: “Bizim işimiz iqtisadi sahədə araşdırmalar aparmaq, konsaltinq xidməti göstərməkdir. İnsanlarla gündəlik təmasımız məhduddur. Bizə sadəcə hərəkət azadlığı lazımdır. Kənardan müəyyən monitorinqlər, müşahidələr, qiymətləndirmələr aparmaq, fərdi görüşlər keçirmək, müzakirələr aparmaq və s. bizim işimizin əsasını təşkil edir”.

“İndi məlum olur ki, bizim fəaliyyətimizə icazə verilmir”

“Bizə dövlətdən yardım lazım deyil, onun yardımı işləməyə imkan yaratmasıdır. İndi məlum olur ki, bizim fəaliyyətimizə icazə verilmir. Heç qadağan da edilmir. Bəs, onda neyləyək? Günah kimdədir? İqtisadiyyat Nazirliyində yoxsa ASAN xidmətdə?”,-deyə iqtisadçı sual edir.

Şamo EMİN, Hurriyyet.org