BİRLƏŞMİŞ ŞTATLARIN HƏDƏLƏRİ İRAN RADİKALLARINI GÜCLƏNDİRİR – Tehranın cavabı nə olacaq? – TƏHLİL

    6

    Səid Cəfəri

    “Əl-Monitor”

    İran Qərbin təhdidləri və sanksiyalarını heç vaxt cavabsız qoymayıb. Bir qayda olaraq, Tehranın kəskin cavabı – bu cür tədbirlərin əhəmiyyətsiz və təsirsiz hesab etmədir. Bu baxımdan, ABŞ dövlət katibi Mayk Pompeonun 21 may çıxışına İranın təpkisi də əsla fərqli sayıla bilməz.

    Pompeo xarici siyasətlə yanaşı, nüvə və raket proqramları ilə bağlı tələblərə cavab verməyincə, Tehranı “tarixdə ən ağır sanksiyalar” ilə hədələyib. Digər Amerika radikalları kimi, onun çıxışı İranın siyasi həyatında bir güruhun işinə çox yarayır – sərt siyasət tərəfdarlarını gücləndirir.

    Mayk Pompeonun çıxışına, ilk növbədə, İran prezidenti Həsən Ruhani və xarici işlər naziri Məhəmməd Cavad Zərif cavab verib.

    Ruhaninin sözlərinə görə, ABŞ 15 il əvvəlkitək, 2003-cü ildə olduğu kimi, prezident Corc Buşun dövrünə uyğun hərəkət edir və eyni sözləri təkrarlayır: “Dünya bu gün Birləşmiş Ştatların qərarlarını qəbul etmir. Hər bir ölkənin suveren hüquqları var”.

    Xarici İşlər Nazirliyi isə Pompeonun sözlərini İranın daxili işlərinə açıq müdaxilə kimi qiymətləndirən bəyanat yayıb. Eləcə də, Zərif “tweet” atıb: “ABŞ diplomatiyası sadəcə köhnə alışqanlıqlara bağlı bir reqressiyadır”.

    Parlamentin spikeri Əli Laricani mayın 22-də Pompeonun cavaba layiq olmadığını və Zərifin sözlərinin kifayət olduğunu deyib.

    Ancaq Ruhani və Zərifin ABŞ siyasətinə aid etdiyi “pis mükafatlar” nədir?

    ABŞ-ın təzyiqi ilə hələ 2003-05-ci illərdə İran və Avropa dövlətləri arasında aparılan nüvə danışıqlarının iflası Tehranın siyasətinə ciddi təsir göstərib. Diplomatiyanın uğursuzluğu daxili cəbhədə islahat hərəkatının zəifləməsinə gətirib çıxararkən, iranlı radikalları gücləndirib. Bu, 2005-ci il prezident seçkilərində namizədlər arasında ən sərt xətt yürüdən Mahmud Əhmədinejadın sürpriz qələbəsi zaman xüsusilə aydın olub.

    İranın nüvə proqramına dair oğul-Buş administrasiyasının planları onu dayandırmaq üçün yetərli olmayıb, əksinə, sürətləndirib: İran 20 minə yaxın sentrifuqaya sahib çıxıb. Bu sentrifuqaların hamısına sonradan sanksiya tətbiq edilib.

    İslam Respublikası uran zənginləşdirmə səviyyəsini 19,75 faizədək artırıb. 2013-cü ildə Ruhaninin vəzifəyə gəldikdən və Barak Obamanın rəhbərliyi üzləşdikdən sonra İran və Qərb yeni müzakirələrə başlayıb, nəticədə, “Joint Action Plan” – “Məqbul Hərəkət Planı” (JCPOA) yaradılıb.

    Beləliklə, tarixin sübuta yetirdiyi kimi, ABŞ-ın hazırkı strategiyası yalnız İranın sərt tənzimçilərini cəmləşdirir və İranın xarici siyasətini radikallaşdırır. Bu çərçivədə, radikal mətbuat və siyasi fiqurlar Ruhani, onun administrasiyası və islahatçılara təzyiqlərini artırır, ABŞ-a güclü cavab vermədiyi üçün tənqid edir.

    Hələ mayın 13-də görkəmli sərt din xadimi, Nəzarət Şurasının sədri Ayətullah Əhməd Cənnəti Ekspertlər Şurası adından Ruhaniyə məktub yazaraq, “nüvə razılaşmasının səbəb olduğu zərərlərə görə” prezidentin İran xalqından rəsmi olaraq üzr istəməsini tələb edib. Cənnəti daha sonra Ruhaniyə nüvə danışıqları zamanı dövlət ricalına xas “qırmızı xətlər”ə hörmət etməyinə şübhəsini, ABŞ və Avropanın “yaxşı polis-pis polis” rolunu oynayacağını və ABŞ kimi, Avropanın öz öhdəliklərinə əməl etməyəcəyini söyləyib.

    Məktub əvvəlcə Ekspertlər Məclisinin bəyanatı kimi xarakterizə edilib. Ancaq daha sonra həqiqət ortaya çıxıb: sənəd, əslində, yalnız Cənnətinin mövqeyini əks etdirir.

    Gündəlik “Keyhan” qəzeti mayın 22-də Birləşmiş Ştatları sərt şəkildə tənqid edib və Pompeonun təhdidlərini “boş və əsassız” adlandırıb; bu təhdidlərin Vaşinqtonun İranın regional gücünü məhdudlaşdıra bilməməsindən qaynaqlandığını söyləyib. Bundan başqa, Pompeonun İranın raket proqramına məhdudiyyət qoyulması tələbi gülünc ABŞ arzusu, İranın “Hizbullah” və “HƏMAS” kimi qruplara dəstəyini dayandırma naminə olduğu xatırladılıb.

    Sabiq prezident Məhəmməd Xatəmi administrasiyasının keçmiş daxili işlər naziri və islahat hərəkatının nəzəriyyəçisi Mustafa Taczadə “Tvitter” də yazıb: “Pompeonun sözləri aydındır. Ya İran sərhədləri xaricində istədiyini etməməli, ya da İran xalqı “neft əvəzinə ərzaq” həddinə çatmamış bu rejimi devirməlidir. Amma dövlətin cavabı nədir?”

    Tanınmış universitet müəllimi və siyasi analitik Səid Laylaz “Əl-Monitor”a bildirib ki, “İslam Respublikası özünə güvənirsə, ABŞ-ın və onun təhdidlərinin qarşısında uğur qazana bilər. Bu, siyasi, dini və sosial məsələlərdə azadlığını təmin etmək və mövcud vəziyyətin açıq şəkildə insanlara anlatmaq deməkdir. Onlar mülki hüquqlarının məhdudlaşdırılmayacağını başa düşsələr, Donald Trampın zorakılıq etdiyini başa düşəcəklər. Bu yolda uğur qazanmaq üçün yalnız xalqın vətəndaş hüquqlarını genişləndirmək və onlarla şəffaf olmaq lazımdır”.

    Ancaq görünür ki, vətəndaş azadlıqlarının genişləndirilməsinə İranın sərt tənzimçiləri etiraz edir. Həqiqətən, onlar xarici təhdidlərdən istifadə etmək, çətin daxili vəziyyət daha çox məhdudiyyətlər üçün bəhanə kimi və ümumi atmosferi daha radikallaşdırmaq niyyətindədirlər.

    Əgər onlar addımlarında uğurlu olarsa, bu, ilk olmayacaq. Əhmədinejad hökuməti də siyasi hüquq və söz azadlığına məhdudlaşdırmaq üçün bəhanə kimi sanksiya və xarici təzyiqlərdən səmərəli istifadə edib.

    Avropanın JCPOA-nu qüvvədə saxlamağı bacarmadığı təqdirdə, belə bir vəziyyət təkrarlanacaq. Bu halda, radikalları bir daha Tehranda hakimiyyəti ələ keçirəcəklər. Üstəlik, Yaxın Şərqdə ciddi bir toqquşmanın qlobal böhrana çevrilməsi potensialı ilə ortaya çıxmasını gözləmək olar.

    Tərcümə: Strateq.az