“Bir həftə sonra nəticə olmazsa…” – Ərdoğan Suriya ilə bağlı XƏBƏRDARLIQ ETDİ

    24

    Hurriyyet.org xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada yaradılması nəzərdə tutulan təhlükəsiz bölgə barəsində danışıb. Ərdoğan möhlət verərək xəbərdarlıq edib: “Bir həftə içərisində buradan bir nəticə çıxmazsa, öz planımızı tətbiq edəcəyik”.

    R.T.Ərdoğan deyib: “Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani ilə birlikdə Astana sammitini keçirdiyimizi bilirsiniz. Üçtərəfli görüşdə Suriya ilə bağlı çox mühüm qərarlar verdik. Suriyadakı humanitar və siyasi böhranların həlli baxımından mühüm qərarlar verdik. Böyük bir köç dlğası potensialını da içərisində saxlayan İdlibdəki vəziyyətlə bağlı fikir birliyi əldə edildi. Bir həftə içərisində buradan bir nəticə çıxmazsa, öz planımızı təqdim edəcəyik. Razılaşmaların icra edilməsini gözləyirik. Qarşıdakı aylarda baş verəcək hadisələr Suriya böhranının sakitliklə həll ediləcəyi, yoxsa dərinləşəcəyi məsələsində həlledici olacaqdır. Fərat çayının şərqini təhlükəsiz hala gətirdikdən sonra, burada sayı təhlükəsiz bölgənin dərinliyindən asılı olaraq, 2 və 3 milyon arasında olacaq, hələ də ölkəmizdə və Avropada yaşayan suriyalı qaçqınları sakin edə bilərik. Avropa ölkələrindən həm İdlib, həm də Fərat çaynın şərq sahili məsələsində çox güclü dəstək gözləyirik. Artıq bizi sözlə doydurmaq olmaz”.

    Hurriyyet.org