“Bir prezident olaraq buna imkan vermərəm” – TRAMP

27

Hurriyyet.org xəbər verir ki, ABŞ prezidenti Donald Tramp paylaşdığı bəzi xəbərlərə “məlumatı təsdiqlə” etiketi əlavə edən “Tvitteri” “söz azadlığını məhdudlaşdırmaq” və “2020-ci il seçkilərinə müdaxilə eləməkdə” ittiham edib.

“Tvitter” şəbəkəsi son günlərdə sosial mediada dezinformasiyanın yayılmasının qarşısını almaq üçün bəzi paylaşmaların altına “məlumatı təsdiqlə” ifadəsini əlavə edir. Bu ifadə Trampın Kaliforniya ştatındakı “uzaqdan səsvermə” mövzusunda paylaşdığı açıqlamalara da tətbiq edilib. Trampın payıaşmasının altına belə bir xəbərdarlıq qeyd edilib: “Uzaqdan səsvermə mövzusundakı məlumatı təsdiqləyin”.

Bu xəbərdarlıq geniş əks-səda doğurduqdan sonra Tramp hadisə ilə bağlı “Tvitter”də açıqlama verib, 3 noyabr tarixindəki seçkilərdən də bəhs edərək yazıb: “Tramp indi 2020-ci il prezident seçkilərinə müdaxilə edir. Mənim uzaqdan səsvermənin böyük miqyasda hiylə və korrupsiyaya şərait yaradacağına dair açıqlamamı, yalançı mətbuat CNN kanalına və “Amazon”un “Vaşinqton Post”una istinad edərək təkzib edir”.

Tramp yazıb: “Tvitter” söz azadlığını tamamilə məhdudlaşdırır və mən bir prezident kimi buna imkan verməyəcəyəm”.

“Tvitter”in əməkdaşı olan və adının açıqlamasını istəməyən bir şəxs isə Amerika mətbuatına açıqlamasında deyib: “Trampın bu paylaşmalarında səsvermə prosesi ilə bağlı yanlış məlumatlar ola bilər. Bu səbəbdən də uzaqdan səsvermə ilə bağlı daha çox məlumat paylaşmaq üçün bu açıqlamaya “məlumatı təsdiqlə” etiketi əlavə etmişik”.

Trampın prezident seçkiləri kampaniyası üzrə müşaviri Bred Parskeyl isə yazılı açıqlamasında “Tvitter”in bu addımına irad tutaraq şirkəti “yalançı mətbuat” ilə əlbir olmaqda ittiham eləyib.

Hurriyyet.org