Bir ömrü yaşatmaq üçün… – II HİSSƏ

60

(Professor Məcid İsmixanovun 80 illiyinə)

Telefonum zəng çaldı, götürdüm, səs mənə tanış gəldi, bəlkə də heç zaman da­­­nışmadığım tanışımın idi və bu “heç zamana” təəssüfləndim: bu da bir soyuqluq əla­­­mətiydi – gizlətməyə hacət yoxdur, sonra da yaşlı nəsil gənclərdən gileylənir, ge­­dib “atalar və oğullar” gerçəkliyinə çıxırıq. Biz nəsil belə doğulmamışıq, axı. Bəs səbəb nədir? Başlıcası qayğılarımızın günbəgün başımız üstündə asılmasıdır. Gü­­­man bu da keçib gedəcək: həmişə bu məsələyə nikbin baxmışam, görünür, qə­­­fil zən­­gə reaksiya verməyim belə bir inamın məntiqiymiş.

 (Əvvəli bu linkdə: https://www.hurriyyet.org/xeber/bir-omru-yasatmaq-ucun/)

1987-ci ildən həyatını BDU-ya bağlayan professor Məcid İsmixanovla söh­bə­­­timizdə o, maraqlı, işgüzar və elmi səriştəli kafedrada – “Pedaqogika”da məm­nun­­­luqla çalışdığını vurğulayır, güclü potensiala malik olduğunu unutmur və xa­tır­la­­­yır. Az-çox mənim də məlumatım var ki, professorlardan L.Qasımova, H.Əli­za­də, dosentlərdən S.Allahverdiyeva, R.Bəxtiyarova və digərləri alimliklə, müəl­lim­lik­­­lə yanaşı son dərəcə səmimi dost, həmkardırlar, mənfi emosiyalardan uzaqdırlar. Mən insanlıq faktorunu alimlikdən heç də az qiymətləndirmirəm. Antik filosof­lar­dan tutmuş yazıçılaracan insanlığı ön planda vermişlər. Volter Skott əbəs yazma­mış ki, əzizim, yaxşı insan ol, fəzilətli insan ol! Yatağa düşdüyün zaman bundan ar­­tıq heç bir şey sənə təsəlli verməyəcəkdir.

Əlbəttə, əks mövqedə duranları duy­maq gə­rək­­dir, heç bir kəs anadan bəd­xa­siy­­yət, intriqaçı, paxıl doğulmur, o adamı be­lə mən­­fi emosiyalara vadar edən mikro və makro mühitdir, kollektivə rəhbərlik edən­­dir. “Pedaqogika” kafedrasına gediş-gə­­lişim olmasa da onun yaxşı sorağını al­mı­­şam. Necə ki kafedranın müdiri, pro­fes­sor L.Qasımovanın adını çəkərdim. Mən Mə­­cid müəllimlə kafedrada olarkən pro­fes­sor L.Qasımova ilə ötəri tanış oldum. Söh­­bət etdik və bir yazıçı kimi xanım ba­rə­də təsəvvürüm yarandı, səmimi rəhbər ol­­­duğunu sezdim. Bu ziddiyyətli cəmiy­yət­­də, mürəkkəb elm aləmində, kollektivdə meh­­riban mühit yaratmağa böyük eh­ti­ya­­cımız var. Elmi xariqələri dar və kimsəsiz iş otağında yaratmaq problem deyil, çə­­tinlik, xüsusilə alimləri bir araya gətir­mək­dir – belə düşünürəm. Hər bir alim – pe­­daqoqun ürəyindən keçməlidir Sokrat eti­ra­fı: “Mə­ni tutun və saxlayın. Sizə la­zım olaram”.

Az-çox yaradıcı vəzifə daşıdığım il­­­lə­ri xatırlayıram, qəti qərarımı ve­ri­rəm: kol­lektiv səmimi, riyakarlıqdan uzaq olan­­­da, bir-birinə yardımçı olanda ən bö­yük əsər­lər ortaya çıxarmaq çətinlik törət­mir. Pro­fessor Məcid İsmixanovun bəx­ti onda gə­­tirmiş ki, Pedaqoji İnstitut və Bakı Döv­­lət Universiteti paralelində ziddiyyətli el­mi kollektivə düşməmişdir, azad, sər­bəst alimlərlə çiyin-çiyinə çalış­mış­dır. Bunun nə­­ti­cəsidir ki, müxtəlif illərdə “Pe­da­qo­­gika” (Didaktika), “Məktəbin ida­rə edil­mə­si”, “Pedaqogikanın əsasları”, “Pe­da­qo­­ji etika”, “Sosial pedaqogika”, “Təh­silin əsas­­ları”, “Müəllimlik ixtisasına giriş” dərs­­­liklərini və dərs vəsaitlərini nəşr etdir­miş­­dir, onlarla proqramlar hazırlamışdır: “Pe­­daqogika” kafedrasında təd­ris olunan 10 fənn üzrə, eləcə də 14 adda kitablar, təd­ris – metodik vəsaitlər. Bu si­yahını ge­niş­­ləndirmək də olar və yüzlərlə elmi əsər­­­lə­rin, minlərlə qəzet məqalələ­ri­nin adını çə­­kərdim.

Məcid İsmixanovun məhsuldar elmi fəaliyyətinin tematikası çox genişdir, əha­­­təlidir. Bir qədər yaradıcı aspektdən yanaşanda düşünməyə bilməzsən: axı, bu əsər­­­lər nə şeirdir, nə hekayədir (bu janrların qiymətini əsla azaltmıram), dərin ana­li­­­tik və emosional idrakın məhsuludur, ayların yox, illərin əzabverici və xoş saat­la­rın təntənəsidir. Hər bir əsər hasilə gələndə müəllif özünü xoşbəxt hiss edir, se­vin­ci­­­ni yaşayır. Böyük psixoloq Q.Lebon yazmış ki, xoşbəxt yaşamaq üçün lazım olan­­­dan çox düşünməliyik.

Gizlətməyə ehtiyac duymuram: 10-15 ildir pedaqogika elminə elə vücudlar ayaq basmışlar – təəccüblənməyə bilmirsən. Nə orijinal tədqiqat mövzusu var, nə də fərdi üsluba malik deyil, amma hey kitablari çap olunur, köçürmələr, montajlar, tər­­­­cümələr, amma belə dırnaqarası alimlər (pedaqoqlar da istisna deyil, heyif ki) və­­­­zifə iddiasına düşürlər, yaşlı nəsillə rəqabətdə udurlar müxtəlif vasitəçilərin he­sa­­­bına. Belə neqativ hallar fikrimizcə, pedaqogikaya əl uzatmamalıdır – o adam gü­­­nah işlətmiş olar, ona görə ki pedaqogika insan təbiəti, insan qəlbi haqqında tə­lim­­­dir. Auditoriyaya ayaq basan pedaqoq ruhən təmiz, pak olmalıdır, onun üz ciz­gi­­­lə­rin­­də gənc nəslin ağır yükünü – öyüd – nəsihətini duymalısan. Saçlarının ağlı­ğın­­da ötən günlərin itirilmiş məhəbbətini təsəvvürünə gətirməlisən. Heyif ki, bu gün əsri­miz­­də elmə, alimliyə tamam başqa gözlə yanaşanlar göbələk kimi çoxa­lır­lar. Dahi ədib Lev Tolostoy necə də dahiyanə yazmışdır: “Alimliyə bir tac kimi bax­­ma ki, bu­­­nunla öyünəsən, bir inək kimi də baxma ki, onu sağasan”.

Professor Məcid İsmixanov böyük pedaqoqdur – istisnasız qənaətimdir, nə edə­­­sən ki təvazökardır, yerli-yersiz əlini qaldırıb danışan deyil. Nə edəsən ki hələ də lazımi qiymətini almamışdır. Amma bu itkilərin əvəzində şəxsiyyətini qorumağı ba­­­carmışdır, elminin təəssübünü çəkmişdir. Öz tematik sahəsini yaratmışdır: Pe­da­qo­­­gika, Didaktika. Pedaqogika tarixi. Professor Məcid İsmixanov dəfələrlə bey­nəl­xalq seminarlarda, simpoziumlarda, konfranslarda fəal iştirak etmişdir: Rusiya, Uk­­­rayna, Belorusiya respublikaların şəhərlərində baş tutan elmi – pedaqoji yığın­caq­­­larda, toplantılarda məruzələri və çıxışları ilə öz analitik fikrini demiş, tezis­lə­ri­ni ictimaiyyətə çatdırmışdır. Uzun illər Rusiya Elmlər Akademiyası Elmi – Prob­lem Şu­rasının üzvi kimi fəaliyyət göstərmişdir. Bu uğurlar azərbaycanlı pedaqoqun şək­­­siz nailiyyətidir.

Məcid müəllimlə kafedrada görüşəndə o, mənə kitablarından “Didaktika nə­zə­­­riyyəsi və tarixi” (R.Bəxtiyarova ilə müştərək), “Pedaqogika kursu üzrə seminar” (kol­­lektiv) və “Pedaqoji terminlərin izahlı lüğəti” (kollektiv) avtoqrafla hədiyyə et­di. Mənimçün bundan əziz və yadigar nə ola bilərdi. Bəzən irad tuturlar ki, kitab­dan yadigar? – Çiyinlərini çəkirlər! Kitabdan avtoqraf – mümkündür! Birinci tə­şəb­­­büs, o şəxsin şəxsi kitabxanasının əbədi qonağıdır, hər maraqlanan kitabı əlinə alan­­­da müəllifi xatırlayacaq, xoş sözlər deyəcəkdir. İkinci təşəbbüs bağışlanan şəxs haq­­­qında aydın təsəvvür yaradacaqdır. Mənə öz dərin hörmətini rəsmi ifadə edən hər bir müəllifə minnətdarlığımı özümə pıçıldayıram: – Həqiqətənmi mən bu fikrə la­­­yiqəm? – Tərəddüd də edirəm, etmirəm də. Bu kəlamları uzun illərin dostu, ta­­nı­şı, şəxsiyyətimə və yaradıcılığıma hörmətini gizlətməyən həmkarım, qələm dos­tum yaz­mışdır. Bu isə məni daha yaxşı olmağa, daha ruhla yazmağa və daha böyük eti­­mad qazanmağa çağırır.

Mən professor, tələbəlik illərin yadigarı, gəncliyimizi arxada qoymuş varlı­ğı­­­mı­­za işıq salan Məcid İsmixanovun avtoqrafını hər oxuyanda kövrəlməyə bilmi­rəm. Məndən asılı olmur: deməli, arabir görüşdüyüm, illərin qayğılı çağlarında söh­­­­bət etdiyim Məcid müəllim nə yaxşı sağlamdır, yaşayır və balalarımıza dərs de­yir, nə yaxşı o, səmimi kollektivin arasındadır, nə yaxşı yaddaşında yaşayıram. Av­toq­­­raf eyni zamanda kitab bağışlayanın intellektinin və emosiyasının bir meyarıdır, iki-üç cümlə ilə öz yazmaq qabiliyyətinin təcəssümüdür. Belə bir qəlb – ürək sə­mi­miy­­­­yəti professor Məcid İsmixanovun özünün xarakterinə işarədir: “Şəxsiy­yə­ti­­nə də­rin hörmət bəslədiyim, orijinal, bədii – publisist və pedaqoji əsərləri ilə ge­niş şöh­­rət qazanmış, yaradıcılığında bədii və pedaqoji təfəkkürü məharətlə uzlaş­dı­ran, krea­tiv düşüncəli pedaqoq – alim, yazıçı, jurnalist, dostum Allahverdi Emino­va ye­ni-ye­ni yaradıcılıq uğurları arzusu ilə Məcid İsmixanovdan kiçik xatirə. 20.11.2019”.

Bu sətirləri bir də yeni – 2020-ci ildə, yanvarın birində oxudum və xeyli özü­­­­mə qapıldım. – Demək, bu il böyük pedaqoq – alimin, səmimi, alicənab insanın ya­­şı üstə yaş gəldi. Bəs, neçə il elədi? Suala cavab tapmaq istəmədim. Yox, O, ya­şa­­­yacaq, dərs deyəcək, gözəl əsərlərə imza atacaq. Buna hamımızın ehtiyacı var – bir ömrü yaşamaq üçün.

Allahverdi Eminov