MHP Sinan Oğana qarşı araşdırma qərarı verdi

    6

    Bir müddət əvvəl MHP Sinan Oğanı yoverilməz fəaliyyətdə ittiham edərək partiyadan uzaqlaşdırmışdı. Onun adı ötən il iyun ayının 7-də keçirilən seçkidən öncə MHP baş katibi postuna hallandırılıb. Bu şayiələrin yayılmasından sonra o zaman İqdırdan millət vəkili olan Oğan öncə MHP-nin deputatlığa namizədlər siyahısından çıxarılıb, sonra isə partiyadan uzaqlaşdırılıb. Oğan bu qərardan məhkəməyə şikayət edib və məhkəmə onun haqqında olan qərarı ləğv edib. Bu barədə qərarı Oğan öz “Twitter“ səhifəsində elan edib. “Ədalət yerini tutdu, partiyama geri döndüm“, – deyə o qeyd edib. Diplomat bildirib ki, məhkəmə onun haqqında olan qərarı ləğv edib.