Bir il ərzində ikinci dəfə lotereyada yüksək məbləğ qazandı

33

ABŞ vətəndaşı Maykl Kristiansen bir il ərzində ikinci dəfə lotereyada “cek pot”un sahibi olub.

ABŞ-ın Nebraska ştatında yaşayan M.Kristiansen mart ayında lotereyadan 50 min dollar qazanıb. O, bu ayın əvvəlində ikincə dəfə “cek pot”un sahibi olub. İkinci uduşunda 100 min dollar qazanan amerikalı baş verənlərə inana bilmədiyini deyib: “İnana bilmədim. Həqiqət ola biləcəyini düşünmədim”.

Lotereya qalibi qazandığı pulun bir hissəsini təqaüdü üçün ayırmağı düşündüyünü, bir hissəsi ilə isə vəfat edən bacısının evini almağa cəhd edəcəyini bildirib.