Bir foto ilə məşhurlaşan qazimiz evinə qayıtdı və yaşadıqlarını danışdı – VİDEO

369

Vətən Müharibəsində paylaşdığı bir foto ilə bütün ölkəni kövrəldən döyüşçümüz artıq evinə qayıdıb. Söhbət Elçin Əhmədovdan gedir.

Elçin işğaldan azad edilən Hadrut qəsəbəsində yazdığı “Maştağa, 1 nömrəli internat” sözləri ilə gündəmə gəlmişdi.

Qəhrəmanımız valideynlərini avtomobil qəzasında itirdikdən sonra iki qardaşı ilə birlikdə internat evində böyüyüb.

Vətən Müharibəsi başlayan ilk gündən isə Ana vətəni qorumaq üçün könüllü olub.

Elçin hələ döyüş bölgəsində olan zaman onun ailəsini, üç övladını ziyarət etmişdik. Bu dəfə isə Elçinin evinə onun özünü görməyə gəldik.

Qazimiz həmin məşhur fotonun hekayəsini, yaşadıqlarını və gördüklərini bu dəfə özü bizə danışır.

İlkin Muradov,
Video: Elçin Əkbərov