“Bir də baxdım ki, uşaq “sdeniya”nın üstündədir” – Video

84

Xəbər verdiyimiz kimi, ötən gün Bakıda taksidə uşaq dünyaya gəlib.

9 aylıq hamilə qadının ailəsi xəstəxanaya getmək üçün taksi sifariş edib. Lakin tıxaca düşmələri səbəbilə yolda olarkən təbii doğuş baş tutub və qadın övladını avtomobildə dünyaya gətirib.

Sürücü Mehman Rzayev həmin anı belə nəql edir: “Fikirləşdim ki, şəhərlə getsəm, tıxaca düşəcəm. Gəlib Dərnəgül yolunda da tıxaca düşdük. Qadın da deyirdi ki, bu dəqiqə uşaq dünyaya gələcək. Bir də baxdım ki, uşaq “sdeniya”nın üstündədir”.

Körpəyə ilkin yardımı nənəsi göstərib. Daha sonra uşağın atası həkimləri çağırıb.

Qeyd edək ki, valideynləri uşağa Fatimə adını qoyublar. \\Qafqazinfo