Bioloqdan məsləhət – Marketdən alınan meyvə-tərəvəzdəki zərərli pestisidləri necə yumalı

    3

    Hazırda satışda olan 90% meyvə-tərəvəzdə kimyəvi qatqı, xüsusən məhsulun xarab olmasının və xarici görünüşündəki dəyişiklərin qarşısını alan pestisid adlı maddə var.

    Pestisidlər meyvə-tərəvəzi yedikdə orqanizmə keçir. Onların düzgün yuyulmasını təqdim edirik.

    İndiki meyvə-tərəvəzi adi su ilə yumaq məsələni həll etmir. Pestisidi xüsusi yuma üsulu aparır. Bioloqlar düzgün yuyulma üsulunu izah edir.

    -2 litr suya 1 xörək qaşığı limon suyu, 2 xörək qaşığı sirkə qatıb, meyvə, tərəvəz, göyərtini burda 30 dəqiqə saxlayıb sonra yuyun.

    -2 lirt suya 50 ml alma sirkəsi – 3 xörək qaşığı duz qatın. Meyvə-tərəvəzi burda 20 dəqiqə saxlayın.

    -Bikarbonat natriy – 1 xörək qaşığı sodanı 1 litr sua həll edin, meyvə tərəvəzi bu su ilə yuyun.

    -Əvvəlcə meyvə-tərəvəzi yuyun, sonra onları sodalı suda 30 dəqiqə saxlayın. Soda 90% pestisidləri yuyur. Sonra meyvələri təmiz suda yaxalayın.

    Bununla da meyvə-tərəvəzin detoksikasiyası baş verir. \\Medicina.az

     

    HURRİYYET.ORG