Binəli Yıldırımla İmamoğlu arasında “Çay debatı”: “Qonaq ev sahibinin quzusudur”

    27

    AKP-nin İstanbul bələdiyyə sədrliyinə namizədi Binəli Yıldırım CHP-li rəqibi Əkrəm İmamoğlunun “çay dəvəti” çağırışına cavab verib.

    Hurriyyet.org strateq.az-a istinadən xəbər verir ki, sosial şəbəkədəki hesabından “Çay dəvəti üçün hələ də gözləyirəm”,– deyən İmamoğluna Binəli Yıldırım elə sosial şəbəkə vasitəsi ilə də cavab verib:

    “Çay dəvətim hələ geçərlidir, ancaq qonaq ev sahibinin quzusudur. Belə tez canlılığa lüzum yoxdur. Bazar geçsin, harada istərsə, çayımızı içərik”.

    Xatırladaq ki, sabah İstanbulda təkrar bələdiyyə seçkiləridir.