Binəli Yıldırım Nikol Paşinyana cavab verib – “Əgər Ermənistan…”

    3

    “Ermənistan illərdir Türkiyəyə qarşı davam etdirdiyi düşmənçilik mövqeyindən əl çəkərsə, uyğun addım ata bilərik”.

    Hurriyyet.org “Report”a istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırm Ermənistanın baş naziri Nikol Paşinyana cavabında bildirib.

    "Əgər Ermənistan ərazi bütövlüyümüzə, sərhədlərimizə yönəlik yanlış mövqeyindən vaz keçərsə, yeni bir səhifə açmaq istəyərsə, biz də qarşılığını verə bilərik. Çünki Türkiyə qonşuları başda olmaqla heç kimsəyə düşmənçilik münasibəti bəsləmək niyyətində deyil. Ona görə də Ermənistanın mövqeyində hansısa yumşalma olarsa, bunu ölkəmizin mənafeyinə uyğun olaraq dəyərləndirə bilərik”, – o qeyd edib.