Binəqədidə qamışlıqdakı yanğın söndürülüb

45

Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində 2 ha sahədə qamışlıq və məişət tullantıları yanıb.

Bu barədə “Report”a FHN-dən məlumat verilib.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

12:46

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində qamışlıq və məişət tullantılarının olduğu ərazidə yanğın olması barədə məlumat daxil olub.

Bu barədə “Report”a FHN-dən məlumat verilib.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.