Bill Qeyts pandemiya ilə bağlı açıqlama verdi

60

Hurriyyet.org xəbər verir ki, koronavirusu laboratoriyada istehsal elədiyi iddia edilən “Maykrosoft” şirkətinin qurucusu Bill Qeyts pandemiyanın başa çatacağı tarixi bəyan edib.

“Foks Nyus Sandi” verilişinə Kovid-19 epidemiyası ilə bağlı açıqlama verən Bill Qeyts ən yaxşı halda 2022-ci ilin axırında pandemiyanın başa çata biləcəyini bildirib.

Koronavirus peyvədinin 2021-ci ilin ilk aylarında istifadə ediləcəyini gözlədiyini bildirən Qeyts həyatın normal axarına dönməsi üçün ən azı bir ilə ehtiyac olduğunu söyləyib.

Qeyts bundan əvvəlki açıqlamasında demişdi: “Yeddi milyard insanın peyvənd olunması üçün 12 milyard peyvənd istehsal edilməlidir. Belə bir şey bu günə qədər heç vaxt edilməyib”. Qeyts peyvəndin hazır olacağı təqdirdə hamıya çatdırıla biləcəyinin qarşısında əngəllər olduğundan narahatlığını bildirmişdi.