Bill Qeyt, Soros və Rokfeller ailəsinə qarşı COVİD-19 ittihamı irəli sürüldü

750

Hurriyyet.org xəbər verir ki, Peruda bir məhkəmə ABŞ-dakı “Maykrasoft” (Microsoft) şirkətinin qurucusu Bill Qeytsi, amerikalı biznemen Corc Sorosu və Rokfeller ailəsini koronavirusu istehsal eləməkdə ittiham edib.

Ölkə mətbuatında dərc edilən xəbərə görə, Çinça və Pisko məhkəməsindəki prosesdə Kovid-19-un “dünyanı idarə edən elit cinayətkarlar” tərəfindən meydana çıxarıldığı iddia edilib.

İstintaqın mətnində deyilir: “Bill Qeyts, Soros, Rokfeller kimi yeni dünya quruluşunun yaradıcılarından başqa heç bir dünya hökuməti, fiziki və hüquqi şəxslər bu epidemiyanın proqnozlaşdırıla biləcək bir şey olduğunu iddia edə bilməz”.

Məhkəmənin bu istintaqı Kovid-19 epidemiyası səbəbindən bir məhkəmə prosesinin gecikdirilməsi səbəbindən başladığı bildirilib.

Peru Ali Məhkəməsi istintaqın əvvəlində ciddi əks-səda verməsinin ardından “Tvitter” hesabında açıqlama verərək, bu istintqı başlayan hakimlər Tito Qalleqos, Luis Lequia və Toni Çanqari barəsində istintaq başladığını bildirib.