“Bilin ki, bura Nyu-York, ya da Vaşinqton körfəzi deyil, İran körfəzidir” – RUHANİ

72

Hurriyyet.org xəbər verir ki, İran prezidenti Həsən Ruhani Bəsrə (digər adı İran) körfəzində ABŞ ilə ölkəsi arasında mövcud  olan gərginliklə bağlı açıqlamasında deyib: “Bura İran körfəzidir, Nyu-York körfəzi deyil. İran körfəzi İran xalqına məxsusdur və adı hər zaman İran körfəzi olaraq qalacaqdır. Amerikalılar onun adının nə Nyu-York, nə də Vaşinqton körfəzi olmadığını bilməlidirlər. Amerikalılar İran xalqının İran körfəzini qorumaqda nə qədər bacarıqlı olduğunu və olacağını görməkdədirlər. Silahlı qüvvələrimiz hər zaman bu körfəzin mühafizəçisi oldu və olacaqdır”.

Hurriyyet.org