Biləsuvar rayonunda 27 yaşlı gənc bıçaqlanıb.
Hurriyyet.org xəbər verir ki, hadisə rayon mərkəzində qeydə alınıb.
Belə ki, rayon sakini, 1991-ci il təvəllüdlü Ramin Bəybala oğlu Yaqubov bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib.
Onun hansı şəraitdə və kim tərəfindən bıçaqlanması hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır./report/