Biləsuvarda FACİƏ: 6-ci sinif şagirdi məktəbdə öldü

    12

    Biləsuvar rayonunda şagird məktəbdə ölüb.

    Hurriyyet.org report-a istinadən xəbər verir ki, rayonun Amankənd kənd sakini 6-ci sinif şagirdi 2006-ci il təvəllüdlü Hüseynli Əliyar Ürfan oğlu təhsil aldığı qonşu Dövrüşlü kənd tam orta məktəbində vəfat edib.

    Məlumata görə, məktəbli axrıncı dərsdən evə gedərkən, qəfildən məktəbin həyətində dünyasını dəyişib. Onun nədən vəfat etdiyi hələlik məlum deyil. Lakin sudurğa xəstəliyinin olduğu bildirilir.

    Meyit hazırda Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Biləsuvar Rayon şöbəsində müayinə edilir.

    Faktla bağlı Biləsuvar Rayon Prokurorluğunda araşdırma aparılır.