Biləsuvarda AĞIR QƏZA: 2 ölü, 4 yaralı

    12

    Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

    Hurriyyet.org report-a istinadən xəbər verir ki, hadisə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının yaxınlığında qeydə alınıb.

    Belə ki, "Lada Priora" və "VAZ-21015" markalı minik avtomobilləri toqquşub. Nəticədə 2 qadının hadisə yerində öldüyü və onların meyitlərinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verildiyi bildirilib. Eyni zamanda 4 yaralı xəstəxanaya yerləşdirilib.