Biləsuvarda ağır qəza – Ölən və yaralananlar var

    9

    Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, qəza bu gün gecə saatlarında qeydə alınıb.

    M.Nəsibovun idarə etdiyi “VAZ-21014” və N.Şirinovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.

    Nəticədə M.Nəsibovun sərnişinlərindən Elnur Xammədli hadisə yerində ölüb, 2 sərnişin xəstəxanaya yerləşdirilib. 

    Hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.