Biləsuvarda ağır qəza – 2 NƏFƏR ÖLDÜ

    12

    İyulun 5-də saat 4 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində Bakı şəhər sakini Əli Kərimlinin idarə etdiyi “İsuzu” (yük) və Cəlilabad rayon sakini Rəşad Həsənovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.

    Hurriyyet.org Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, nəticədə R.Həsənov və sərnişinlərindən həmyerlisi Saməddin İsmayılov hadisə yerində ölüb, digər iki sərnişini xəstəxanaya yerləşdiriliblər.

    Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.