Biləsuvardan olan şəhidin qardaşı da illər əvvəl faciəvi şəkildə dünyasını dəyişib

192

Ötən gecə Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verən gərginlikdə baş leytenant Rəşad Mahmudov şəhid  olub. Biləsuvarın Aşağı Cürəli kəndinin icra nümayəndəsi Qalib Bağırov Hurriyet.org-a açıqlamasında, dəfn mərasiminə tam hazır olduqlarını və cənazəni gözlədiklərini bildirib:

“Biz hazırda şəhidi gözləyirik. Hazırda kənddə böyük qələbəlik və izdiham var. Hər şey polis nəzarət edir. İnsanlar pandemiya şəraitinə uyğun qaydalara əməl edir”.

İcra nümayəndəsi illər əvvəl, şəhidin qardaşı Rəis Mahmudovun ehtiyatsızlıqdan dünyasını dəyişdiyini qeyd edib:

“Şəhidimiz subay idi. Qardaşı Rəis Mahmudov illər əvvəl ehtiyatsızlıqdan dünyasını dəyişib. Bir tək anası var. Müdafiə Nazirliyindən və Biləsuvar rayon İcra Hakimiyyətindən mütəmadi olaraq əlaqə saxlayırlar. Şəhidimiz kəndə gələndən sonra, adına uyğun dəfn mərasimi keçiriləcək”.

Hurriyyet.org