Biləsuvarda qonşusunun evinə atəş açan şəxs saxlanıldı

105

İyunun 6-da Biləsuvar rayonunun Əsgərabad kəndi ərazisində kənd sakini O. Muradovun xuliqanlıq zəminində qonşusu A. Kazımovu hədələməsi və evi istiqamətində tüfəngdən atəş açması barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Hurriyyet.org-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində O. Muradov polis əməkdaşları tərəfindən saxlanılıb.

Ondan müvafiq sənədləri olan “İJ-58” markalı ov tüfəngi götürülüb.