Biləsuvarda narkotik alverçiləri tutuldu – FOTO

72

Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat tədbirləri nəticəsində 1 kq-dan artıq narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Hurriyyet.org-a bildirilib ki, Biləsuvar RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Beyləqan rayon sakinləri Səyavuş Cuvarlı və əvvəllər məhkum olunan Tural Əliyev sonuncunun idarə etdiyi “Mercedes” markalı avtomobildə Biləsuvar rayonu ərazisində saxlanılıblar.

Həmin avtomobilə keçirilən baxış zamanı oradan 1 kq 155 qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb. Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır.