Biləsuvarda “Mercedes”lə traktor toqquşub, ölən və yaralananlar var

63

Biləsuvarda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhər ərazisində qeydə alınıb. Traktorla “Mercedes” markalı minik avtomobili toqquşub. İlkin məlumata görə, qəza nəticəsində 1 nəfər ölüb və bir neçə nəfər ağır yaralanıb.

Xəsarət alanlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Hazırda ölən və yaralananların kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır. \\APA