Biləsuvar rayonunun Bağbanlar kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli evin yanar konstruksiyaları 20 m² sahədə yanıb.
Hurriyyet.org FHN-ə istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.
Astara rayonunda isə ümumi sahəsi 360 m² olan ikimərtəbəli evin birinci mərtəbəsində ev əşyaları 40 m² sahədə yanıb. Ev yanğından mühafizə olunub.
Hər iki yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.