“Biləcəridən o tərəfdə adınız bir dəftərdə belə yoxdu” – Etibar Hüseynov

111

“Facebook”da, demək olar ki, dünyanın sayılıb-seçilən bütün qəzet, sayt, agentlik, radio və televiziyalarının rəsmi səhifələrinə abunəyəm. Hələ görmədim ki, onlardan hansısa özünə ad günü-yubiley paylaşımı eləyə…”.

Bunu sabiq deputat Etibar Hüseynov deyib.

E.Hüseynov Azərbaycanda fəaliyyət göstərən KİV-ə irad bildirib: “Bəs bizdə necədi? “Qeydiyyatdan keçən gün”, “ad günü”, “yubiley” daha sonra “Baş redaktorun ad günü”, nəbilim, “ərə getdiyi (evləndiyi) gün” və.s və i. Hər birində də tort şəkli, riya dolu təbriklər. Ay balam, bəsdirin də. Bir qədər təvözökar olun da. Biləcəridən o tərəfdə adınız bir dəftərdə belə yoxdu eyy…” \\Pravda