Beyrutda XİN binasına hücum: 110 yaralı… – Canlı

78

Beyrutda hökumət əleyhinə keçirilən aksiyada etirazçılar Livan Xarici İşlər Nazirliyinin binasına hücum edib.

Bu barədə RİA Novosti məlumat yayıb.

Məlumata görə, aksiya iştirakçıları nazirliyin binasına daxil olub.

Qırmızı Xaç Cəmiyyətinin Livan ofisi Tvitter səhifəsində aksiyalar zamanı təhlükəsizlik qüvvələri ilə toqquşmalarda 110-a yaxın insanın yaralandığını qeyd edib.

Bundan əlavə, etirazçıların parlament binasını da ələ keçirdiyi barədə məlumat yayılıb.

***

Nümayiş zamanı bir təhlükəsizlik işçisi odlu silahla vurularaq öldürülüb.

Bu barədə Bu Əl-Hadat telekanalı məlumat yayıb.

Bildirilib ki, daha bir neçə nəfər güllə yarası alıb.\\Axar