Beyrut partlayışında erməni partiya sədri də öldü

324

Hurriyyet.org xəbər verir ki, dünən Livanın paytaxtı Beyrut şəhərində baş vermiş partlayış erməni diasporuna da zərər verib. Partlayış nəticəsində 5 nəfər erməni ölüb. Onların arasında Livanın “Əl Katib” partiyasının başçısı Nizar Nacaryan da var.

Partlayış şəhərin erməni məhəlləsində də ciddi dağıntılar törədib – erməni məhəlləsi partlayışın mərkəzindən 1 kilometr məsafədə yerləşir.

Bundan başqa, Burc-Hammud məhəlləsində erməni kilsələrinin, ticarət obyektlərinin, Ermənistan səfirliyinin ciddi zərər gördüyü, xeyli sayda yaralanın olduğu xəbəri yayılıb. Şəhərdə 100 minə yaxın erməni yaşayır. Beyrut erməni diasporunun mərkəzlərindən biri sayılır. ASALA terror təşkilatı məhz Beyrutda yaranmışdı.

Bəlli olduğu kimi, 4 avqust tarixində Beyrutun liman rayonunda 100 nəfərə yaxın insanın həlak olmasına, 4 min nəfərə yaxın insanın yaralanmasına səbəb olan güclü partlayış baş verib.

Hurriyyet.org