Beyrut limanı üzərində illərdir davam edən böyük savaş Fransa-Rusiya burada nəzarəti ələ ala bilsələr, onların Suriyaya ehtiyacı qalmayacaq…

108

Fransa və Rusiyanın Şərqi Aralıq dənizinə yerləşmək cəhdləri həm ABŞ-ın, həm Avropadan ayrılan İngiltərənin hərəkətlərini məhdudlaşdırmaq məqsədi güdür

Livanda baş verən partlayış nəticəsində bu ölkə dünyanın diqqət mərkəzinə düşdü. O cümlədən Azərbaycan mətbuatı da bu məsələyə geniş yer ayırdı. Ən əsası da o mövzunun üzərində dayandıq ki, Livan ermənilərin sıx məskunlaşdığı ölkələrdən biridir və burada 200 minə yaxın erməni yaşayır. Hansı ki, 2015-ci ilin məlumatına görə, Livanın əhalisi 6 184 701 nəfərdir.

XVI-cı əsrin əvvəllərindən XX-ci əsrin əvvəllərinə, dəqiq desək, Birinci Dünya müharibəsinin sonunadək ölkə Osmanlı imperiyasının tərkibində mövcud olub və 1918-ci ilin payızında ingilis-fransız hərbi qüvvələri tərəfindən işğal olunub. 1920-ci ildən isə Livan Fransanın mandatı altına keçir. 1926-cı ildə Fransanın ali komissarı, xarici işlər və müdafiə məsələlərinə nəzarət etməklə, Livanı respublika elan edir. Bu faktiki ölkənin xarici siyasətinin və ordusunun üzərində başqa ölkənin nəzarəti deməkdir ki, bu halda da müstəqillikdən söhbət gedə bilməz. Buna görə Livanı müstəqil ölkə yox, Fransanın yaratdığı və dövlət görüntüsü verdiyi ölkə hesab etməliyik.

Çünki dövlət hər sahədə müstəqil siyasət yeridir. Qapazaltı olmaq sindromu yaşamadan etdiyi hər bir qərarı müstəqil verir. Bunu edə bilməyənlər isə dövlət deyil, müstəmləkənin dövlət şəkli verilmiş formasıdır.

Bizim toplumun nəzərində Livan ikinci erməni dövləti sayılır ki, bu çox yanlışdır. Yuxarıda dediymiz kimi, Osmanlı idarəçiliyindən çıxandan sonra Livan Fransa tərəfindən assimilyasiya və əzilməyə məhkum qaldı, ona elə bir “dövlət” quruluşu geyindirildi ki, heç vaxt mərkəzləşmiş hökumət olmasın və kiminsə göstərişi, boyunduruğu olmadan qərar verə bilməsin. Faktiki olaraq dövlət aparatı zəif və parçalanmış formadadır. Guya, bütün dini konfessiaların dövlətin idarə edilməsində iştirakını təmin etmək məqsədilə, Fransanın yönətməsi ilə xristian və müsəlman icmaları liderlərinin 1943-cü ildə imzaladıqları Milli Pakta əsasən, ölkənin prezidenti yalnız xristian maronit, baş nazir sünni-müsəlman, parlamentin sədri şiə-müsəlman, onun müavini isə pravoslav olmalıdır. Belə bir quruluşu olan dövlət bir mərkəzdən idarə oluna bilərmi?

Bir vaxtlar Osmanlının tərkibində olmuş dövləti onun varisi olan Türkiyə öz nüfuz dairəsinə ala bilmədi, necə ki, tərkibində olmuş digər Yaxın Şərq və ərəb dövlətlərinə siyasi cəhətdən eyni dərəcədə məsafəli oldu. Buna səbəb Türkiyənin də bir zamanlar özü-özünü idarə edən və müstəqil siyasət yürüdən yox, göstərişləri və direktivləri “böyük qardaş” olan dövlətlərdən alan dövlət olması idi ki, bu xəttə R.T.Ərdoğanın dövlət başına gəlməsi ilə son qoyuldu. Hansı ki, Türkiyə bu güclərin orbitindən çıxaraq, artıq öz orbitini yaratmaqdadır. Türkiyə bu siyasi yüksəlişi ilə “böyük güc”lərin kanallarını budamaqda və o “güc”lərin gücsüzlüyünü məhz onların özünə nümayiş etdirməkdədir.

Dünya siyasətində belə bir deyim var: iki mərkəz çox əhəmiyyətlidir. Yaxın Şərqi qarışdırmaq istədiyiniz zaman Livandan-Beyrutdan, Avropanı qarışdırmaq istəyən zaman Fransadan başlayarsınız. “Sykes–Picot” razılaşması ilə yalnız Suriyanın yox, həm də Livanın sərhədləri bəlli edilmişdi. Hazırda Livan ərəb dünyasının çirkli pullarının yuyulduğu, qumarxana və əyləncə mərkəzlərinin olduğu bir ölkədir. Maraqlıdır ki, partlayış baş verən anbarın bir rus iş adamına məxsus olduğu deyilir. Diqqət etmək lazımdır ki, Fransanın getdiyi hər yerə Rusiya da gedir. Afrikada olan frankafon ölkələrdə Fransa və Rusiya bir yerdə hərəkət edir. Fransanın Rusiyaya, Rusiyanın da Fransaya ehtiyacı var. Həm də Makronun NATO-nu Türkiyəyə qarşı qaldırmaq cəhdləri cavabsız qalınca, Fransa beş əllə Rusiyadan yapışmağa başladı. Eyni zamanda Makron yunanlarla da “dirsək təması” qurur. İngilislərin onsuz da Kiprdə hərbi bazaları var. Fransızların bölgədə hərbi bazaya ehtiyacları var. Livan həm İsraillə qonşuluğu, həm Aralıq dənizi bölgəsində yerləşdiyi üçün çox vacibdir. Beyrut limanının yenidən tikilməsini monopoliya altına almaq istəyən ölkələrdən biri Fransadır və Fransa bu fürsətdən yararlana bilərsə, mütləq özü üçün hərbi bazanın qurmağa da çalışacaq. Beyrut limanını Fransa-Rusiya nəzarət altına ala bilsələr, onların Suriyaya ehtiyacı qalmayacaq. Bir addım sonra Suriyanın bölünməsi baş verərsə, bu, Livanın böyüməsi ilə nəticələnəcək. Hətta Suriyanı Lazkiyaya həbs edib, Böyük İordaniya da qurula bilər. Belə ki, Suriyanın bu ölkələrlə sərhəd olan torpaqları Livana və İordaniyaya qatılmaq ehtimalı var. Fransa və Rusiyanın Şərqi Aralıq dənizinə yerləşmək cəhdləri həm ABŞ-ın, həm Avropadan ayrılan İngiltərənin hərəkətlərini məhdudlaşdırmaq məqsədi güdür.

Beləliklə, nəzərə alsaq ki, Türkiyədən sonra Livan da digərləri kimi yetim qaldı və Fransanın müstəmləkəsi oldu, Fransanın “erməni məhəbbəti” Livanda da bu insan xəbisliyinin timsalı olan varlıqlara “at oynatmağa” şərait yaratdı və ölkənin sözü keçən icmasına çevrildilər. Amma bunda müsəlman ərəbləri günahlandırmaq nə qədər məntiqlidir?! Biz özümüz də Rusiyanın müstəmləkəsi olmuşuq və hələ də Rusiyanın dövlət aparatına qədər yeritdiyi “xəbis toxum”lardan əziyyət çəkirik. İş o yerdədir ki, onlar dövlət təhlükəsizliyimizi belə təhdid edirlər. O halda nədən 100 ilə yaxın müstəmləkə olan, hələ də “dişində şirə qalan” Makronun erməni ASALA-sı ilə birgə terror aktı törədib, sonra da əl-qolunu sallayaraq guya başsağlığına gələrək “biz Livana kömək etməsək digər qüvvələr-ərəblər, iranlılar və türklər müdaxilə edəcək”, – deməsinə diqqət etmirik, amma “Livan erməniləri Azərbaycana qarşı Qarabağ müharibəsində iştirak edib”, – deyərək sanki Livanlı müsəlmanları da suçlayırıq?! ABŞ ermənisi Qarabağ müharibəsində ermənilərə azmı kömək edib? Azərbaycanın əleyhinə ABŞ-ın qəbul etdiyi 907-ci düzəlişin olunması kimin cəhdləri ilə baş tutdu? ABŞ ermənilərinin. Fransada ermənilərin hansı gücə malik olmasını nəzərə alsaq, bu ölkənin müstəmləkəsi altında olan Livanda ermənilərə bu münbit şəraitin yaradılmasına təəccüblənmək lazım deyil. Varsa bir günahkar, o sıravi Livanlı müsəlmanlar-Ərdoğana sataşan erməni spikerə qarşı səsini ucaldan, məlum partlayışdan sonra Beyruta gedən Türkiyə dövlət rəsmilərini alqışlarla qarşılayan sıradan insanlar deyil, Fransanın qəsdən çirkli işləri görmək üçün orada qol-qanad açdırdığı erməni icmasıdır, ermənilərdir.

Erməni hər yerdə ermənidir, fərq etməz hansı ölkədə yaşayır. Doğrudur, söhbət İrandan getsəydi məsələ başqa cür qoyula bilərdi. Çünki İran müstəmləkə deyil, müstəqil siyasətini aparan dövlət olub. İranda ermənilərin yuxarı səviyyədə dəstəklənməsi məhz İranın müstəqil, rəsmi dövlət siyasətinin yürütdüyü xətdir.

Azərbaycanın Livanla bağlı baş verən hadisələrdə fikir verməli olan mühüm bir məqam o ölkədən ermənilərin Qarabağa köçürülməsinə mənfurların etdiyi çağırışdır ki, buna da hələ yenicə dəyişdirilən xarici işlər nazirimizin göstərdiyi “susqunluq” hakimdir. 3 gün əvvəl Paşinyan özünün Tvitter səhifəsindən “From Armenia’s heart and Artsakh’s people to Lebanon” deyə paylaşım etdi və humanitar yardım paketlərini nümayiş etdirdi. Yardımı isə Livan ermənilərinə göndərdi və separataçı rejimin başçısı Arayik Arutunyan Livanda Klikiya erməni katalikosu I Armanla əlaqə saxlayaraq, 150 yaxın erməni ailəsinin Qarabağa köçürülməsini təklif edib. Bu təklif katalikos tərəfindən müsbət qarşılanıb.

Qeyd edim ki, kilsənin təlimatları ermənilər üçün daima əsas olub və məhz Qarabağda yerləşdirilən ermənilər kilsə tərəfindən kordinasiya edilib. Əlbəttə, Livan ermənilərinin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsi zamanla baş verib. Yenidən Livan ermənilərinin Qarabağa köçürülməsi isə, burada yeni terror qruplaşmasının yaradılmasına gətirib çıxarar. ASALA terror təşkilatının yenidən dirçəlməsi və onun Qarabağda yeni təlim düşərgələri açması və fəaliyyəti üçün geniş imkanlar var.

Yeri gəlmişkən, ASALA-nın “mərkəzi ofisi” Fransanın Nant şəhərindədir. Fransanın kosmetika, ətir, moda mərkəzi olduğuna baxmayın, o terrorçu ASALA-nın da mərkəzidir.

Beynəlxalq münasibətlər sistemində gərginliyin artması, ermənilərin yenidən ASALA-nı dirçəldərək, Azərbaycan və Türkiyəyə qarşı terror hücumları keçirməsi mümkündür. Biz Tovuz hadisələrində ABŞ-da ASALA-nın fəaliyyətinin şahidi olduq. Livan ermənilərinin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsi baş verərsə, Azərbaycan Qarabağ danışıqlarından geri çəkilməli və bu ərazilərdə hərbi obyektləri və infrasturukları vurmalıdır.

Göründüyü kimi, ermənilər o qədər arxayındırlar ki, Qubadlı, Zəngilanda qəsəbələr salıb, xaricdən erməni ailələrini bu ərazilərə köçürürlər. Bu, Qarabağ danışıqlarında Azərbaycana qarşı mesajdır ki, biz bu ərazilərdən çıxmaqda və sülh danışıqlarında maraqlı deyilik.

Azərbaycan bu haqda beynəxalq təşkilatlara və Minsk qrupunun həmsədrlərinə müraciət etsə də, Ermənistan heç bir çağrışı və beynəlxalq hüququ nəzərə almayacaq. Necəki, 1993-cü ildə Kəlbəcərin işğalında Ermənistanın o vaxtkı prezidenti L.T. Petrosyan Qarabağ separtaçılarının lideri R.Koçaryana Kəlbəcərin işğalında beynəlxalq hüquqa zidd olduğunu vurğulamışdı. Buna cavab olaraq Koçaryan “beynləlxalq hüququ boş ver” cavabı vermişdi.

Hazırda da ermənilər beynəlxalq hüququ heçə sayırlar. Ona görə də Azərbaycan Ermənistanla beynəlxalq hüquq dilində danışmamalıdır. Ermənistanla güc dilində danışmalı və ciddi zərbələr vurulmalıdır.

Son vaxtlar Türkiyə Azərbaycanla birgə hərbi təlimlər keçirir və ölkəmizin yanındadır. Mütləq şəkildə siyasi iradə ortaya qoyulmalı, qətiyyətli addımlar atılmalıdır. Ermənistanın məskunlaşma siyasətinin qarşısı alınmalıdır. Amma bir şeyi anlamaq olmur ki, yeni xarici işlər naziri Ceyhun Bayramov hansı səbəbdən Livandan “erməni köçü”nə reaksiya vermir? Susqunluğun səbəbi nədir? Nəzərinizə çatdıraq ki, xarici işlər naziri “susmaq” üçün yox, “danışmaq”, dövlətin xarici siyasətdə hücumu üçün gərəklidir.

Və sonda onu da deyək ki, Livan bəzilərinin dediyi kimi ikinci erməni dövləti olsaydı, türk rəsmilərinin qarşılanması başqa cür keçərdi. Biz gözləyirik ki, kimlərsə gəlib bizi yuxarı başa özü buyur etsin. Livan illərlə milli kimiliyi, hakimiyyəti assimilyasiya edilmiş ölkədir, dövlət yox. Bizə qarşı fərqli və isti münasibətin sərgilənməyini istəyiriksə, özümüzü bu topluma tanıtmalıyıq, münasibətlər formalaşdırmalı, güclü təbliğat aparmalıyıq. Heç olmasa bundan sonra.Hurriyyet.org

Ülviyyə ŞÜKÜROVA