Beynəlxalq Valyuta Fondu: İspaniya iqtisadiyyatı koronavirusdan daha çox zərər çəkib

54

COVID-19 pandemiyası İspaniyaya qaranlıq perspektivlər vəd edir. Bu yalnız yazdakı təcridolunmanın yaratdığı şok vəziyyətin ikinci rübdə Avropa İttifaqında iqtisadi tənəzzülə səbəb olması ilə deyil, həm də pandemiyanın ikinci dalğası ilə əlaqələndirilir.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Valyuta Fondunun (BVF) verdiyi proqnoza görə, 2020-ci ildə İspaniyada iqtisadi fəlakət istənilən ölkə ilə müqayisədə daha acınacaqlı olacaq. Belə ki, bu il İspaniyada iqtisadi aktivliyin 12,8 faiz aşağı düşəcəyi ehtimal olunur. Bu iqtisadiyyatı inkişaf etmiş ölkələr arasında ən yüksək göstərici sayılır. Krallığın müasir tarixində belə bir hadisənin baş vermədiyi bildirilir. ÜDM-in 12,8 faizədək aşağı düşməsi budan əvvəlki böhranları kölgədə qoyur.

ÜDM-in aşağı dü şmə tempinə görə İspaniya dünya üzrə 17-ci yerdədir. Bu siyahının sonunda onun rəqibləri iqtisadiyyatı tənəzzülə uğramış Liviya, balaca Fidji, Maldivi, yaxud da Aruba kimi ölkələrdir.

Əmək bazarında da vəziyyət ürəkaçan deyil. İspaniyada işsizliyi n səviyyəsi bu il və gələn il 16,8 faiz səviyyəsində qalacaq. İşsizlik səviyyəsinin Yunanıstan üçün bu il 20 faiz səviyyəsində proqnozlaşdırıldığını nəzərə almasaq, deyə bilərik ki, bu göstəricinin inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələr arasında analoqu yoxdur.