Beynəlxalq müqavilələrin Azərbaycanda tətbiqi – LƏYİHƏ

3

20‐ci əsrin sonu Azərbaycan üçün müstəqilliyin bərpa olunması və onun beynəlxalq qanunvericilik prosesinə tam hüquqlu iştirakçı kimi qoşulması ilə səciyələnir. Bu proses dövlətimiz tərəfindən beynəlxalq hüququn subyekti olaraq öz üzərinə öhdəliklərin götürülməsi və beynəlxalq hüquq normalarının dövlətdə tətbiq edilən normativ‐ hüquqi aktlar sırasına daxil edilməsi ilə müşayət olunurdu. Bu beynəlxalq hüquq normaları ilə dövlətdaxili hüquq normalarının qarşılıqlı əlaqəsini dahada aktuallaşdırmış və bunun üçün lazımi şərainin yaradılmasını gündəmə gətirmişdir. Bundan əlavə beynəlxalq hüquq normalarının həyata keçirilməsi prosesinin mühim elementlərindən biri də real fəaliyyət göstərən milli təşkilatı sistemin olmasıdır, yəni bu normaların tətbiqinin təmin edilməsi üçün hüquqi müstəvidə fəaliyyət göstərən orqanların mövcudluğudur.

Hüquqi standartlar çərçivəsində qanunvericilik sistemi

Bu gün Azərbaycan qanunvericiliyində onun tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsi prosesini tənzimləyən bir sıra normativ‐hüquqi aktlar mövcuddur ki, onların sırasında ən mühim yerlərdən birini 13 iyun 1995‐ci il tarixli “Azərbaycanın beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi haqqında” Qanun tutur. Lakin, bu sahədə qanunvericilik sisteminin özəyini ölkəmizin Konstitusiyasının 148 (II. Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr hüquq sisteminin ayrılmaz tərkib hissəsidir.”) və 151‐ci maddələri qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycanın Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) ölkəmizin tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, beynəlxalq müqavilələr tətbiq edilir.”) tutur.
Deyilənlərin fonunda Azərbaycanda onun tərəfdar çıxdığı beynəlxalq müqavilələrin icrasının hüquqi əsaslarının müəyyən edilməsi ön plana çıxarılır və onların milli hüquqla tənzimlənən münasibətlərə tətbiqi məsələsi gündəmə gəlir. 21 dekabr 2010‐cu il tarixli “Normativ‐hüquqi aktlar haqqında” yeni Qanununun (17 fevral 2011‐ci il tarixdə qüvvəyə minmiş) qəbul edilməsi və “beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi haqqında” Qanuna əlavə və dəyişikliklərin edilməsi beynəlxalq və milli hüququn qarşılıqlı əlaqəsi məsələsini bir daha aktuallaşdırdı. Bu Qanunun qəbulu ilə qanunverici beynəlxalq və milli hüququn qarşılıqlı əlaqəsi məsələsində qaranlıq qalan bəzi məsələlərə aydınlıq gətirdi.
Öncə beynəlxalq müqavilələrin tətbiqi mexanizmində fərqlərin mövcudluğunu qeyd etmək lazımdır. Belə ki, bəzi müqavilələrin həyata keçirilməsi üçün iştirakçı dövlətlərdən müəyyən hərəkətlərin edilməsini və ya onlardan vaz keçmək (məsələn, 24 sentyabr 1996‐cı il tarixli Nüvə sınaqlarının qadağan edilməsinə dair Müqavilə, 19 noyabr 1990‐cı il tarixli Avropada adi silahlı qüvvələr haqqında Müqavilə və s.) tələb olunur.
Digərlərinin həyata keçirilməsi normativ‐hüquqi müşahidəsiz təsəffür etmək mümkün deyil, cünki onlar birbaşa dövlətdaxili hüququn subyektlərinə ünvanlanıblar. Bunu nəzərə alaraq beynəlxalq və milli hüququn qarşılıqlı əlaqəsindən irəli gələrək milli qanunverici və təşkilatı müşayətə ehtiyacı olan müqavilələrin təhlili önə çəkilməlidir. Bu baxımdan “Normativ‐hüquqi aktlar haqqında” qanunun icra olunan və özü icra olunmayan normaların həyata keçirilməsinin şərtlərini müəyyənləşdirən müddəaları tam yerinə düşmüş olmuşdur.
Belə ki, qanunun 23.4‐cü maddəsinə əsasən Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr, həmin müqavilələrdə əks etdirilmiş normaların tətbiqi üçün dövlətdaxili normativ hüquqi aktın qəbul olunmasını tələb edən hallar istisna olmaqla, birbaşa tətbiq edilməlidir.

Anlaşmaların hüquqi status qazanması ölkəmizin faydası üçündür

Aydındır ki, beynəlxalq müqavilənin mövcudluğu və ya onun qüvvəyə minməsi hər zaman həmin müqavilələrin dövlətlər üçün öhdəlik yaratmasını əks etdirmir. Belə ki, beynəlxalq müqavilə yalnız dövlət tərəfindən ona hüquqi qüvvə verildiyi halda, bu dövlətlər üçün məcburi xarakter daşıyır. Lakin bu şərtin olmaması dövlətin həmin müqavilələrə istinadı istisna etmir. Buna misal olaraq, Konstitusiya Məhkəməsinin bəzi qərarlarında dövlətlər üçün məsləhət xarakteri daşıyan Ümumdünya insan hüquqları deklarasiyasının müdəalarına istinadı xatırlatmaq olar.
Bundan əlavə qeyd etmək lazımdır ki, Konstitusiya Məhkəməsi bir sıra Qərarlarında Konstitusiyanın 130‐cü maddəsində nəzərdə tutulan səlahiyyətlərini artıraraq, milli qanunun beynəlxalq müqavilələrə uyğun gəlməyən müddəalarını qüvvədən düşmüş hesab edir. Ölkəmizin beynəlxalq müqavilələrinə istinad edən orqan həmin müqavilələrinin hüquqi məcburiliyini müəyyən edir. Yəni beynəlxalq müqavilələrin bağlanması, icrası və ləğvi haqqında” Qanunun 2‐ci maddəsində nəzərdə tutulan şərtlərin mövcudluğuna aydınlıq gətirir.
Başqa sözlə, beynəxalq müqavilələrin müddəalarının tətbiqi onlara dövlətdaxili hüquqi sistemdə hüquqi qüvvə verən şərtə istinadla müşahidə olunmalıdır. Bildiyimiz kimi Konstitusiya da bunlara münasibət bildirmir və yalnız beynəlxalq müqavilələri qanunvericilik sisteminin tərkib hissəsi kimi tanıyır. Lakin buna baxmayaraq ümumtanınmış norma və prinsiplərin milli qanunvericilikdə hüquq sisteminin tərkib hissəsi kimi tanınmasından asılı olmayaraq, dövlətlər qarşılıqlı münasibətlərdə onlara riayyət etməyə borcludur. Qeyd etmək lazımdır ki, əksər beynəlxalq müqavilələrin preambulası dövlətləri ümumtanınmış beynəlxalq‐hüquqi prinsiplərin tanımasına çağırmaqla, onların əlavə milli qanunvericiliyə daxil edilməsinə ehtiyac duymur. Bu baxımdan “Normativ‐hüquqi aktlar haqqında” Qanunn demək olar Konstitusiyanın müddəalarını genişləndirmişdir.
Azərbaycanın  beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında qanununun təsiri altına düşə bilməz. Bu halda söhbət beynəlxalq xüsusi hüquq kontraktlarından gedə bilər. Beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında qanunun yeni redaksiyada 8‐ci maddəsi AR Konstitusiyasının 109‐cu maddəsinin 17‐ci bəndinin inkişafı olaraq Prezidentin beynəlxalq müqavilələrdən fərqli müqavilələrin ratifikasiyaya çıxarılması imkanını məhdudlaşdırır.

Beynəlxalq müqavilələrinin məcburiliyinin əsas şərtlərindən biri də onun dərc edilməsidir. Lakin qanunverici müqavilənin təsirini birbaşa onun dərci ilə bağlamır. Belə ki, Qanunun 25‐ci maddəsinə əsasən ratifikasiya edilmiş, habelə bu Qanuna müvafiq təsdiq edilmiş və ya Azərbaycanın qoşulduğu beynəlxalq müqavilələri ölkə

Qanunvericilik Toplusu”nda və rəsmi dövlət qəzetində dərc edilir. Azərbaycanın  beynəlxalq müqavilələrinin əslinə uyğun mətnləri xarici dillərdə tərtib olunduqda, həmin müqavilələr Azərbaycan dilinə rəsmi tərcümə ilə birlikdə bu dillərin birində çap edilir.
Qanunun 11‐ci maddəsi ratifikasiyası tələb olunan beynəlxalq müqavilələrin mətninin Azərbaycan dilinə tərcümə edilməsini təsdiq edir. Təsdiq etmə və ya qoşulma hallarında müqavilənin mətninin Azərbaycan dilində olmasına birbaşa göstəriş nəzərdə tutulmayıb.
Lakin, təsdiq etməliyik ki, hər bir halda Azərbaycan mənbələrində çapı nəzərdə tutulan müqavilələrin Azərbaycan dilində mətninin olması vacibdir. Azərbaycanın əsasən beynəlxalq müqavilələrə hüquqi qüvvə verən milli qanunlar dərc edilir. Qeyd etmək lazımdır ki, ratifikasiya qanununun qüvvəyə minməsi beynəlxalq müqavilənin respublika üçün məcburiliyini yaradır.

Beynəlxalq müqavilələrin tətbiqinin qanunu tərəfi

Beynəlxalq müqavilələrin müddəalarının tətbiqinin şərtlərindən biri də göndərmədir. Milli normativ hüquqi aktlarda bu vasitəyə tez‐tez müraciət edilir. Bunu milli qanunların əsas hissəsində müşahidə etmək olar. Beynəlxalq müqavilələrin tətbiqi məsələləri ilə məşğul olacaq orqan dövlətin özü tərəfindən müəyyən edilir. Məsələn, “Xarici qanunvericiliyinin tətbiqinə dair Avropa Konvensiyası”nın yerinə yetirilməsinə dair Azərbaycan Prezidentinin 16 iyun 2000‐ci il tarixli Sərəncamına əsasən tənzimləyici orqan kimi Ədliyyə Nazirliyi müəyyən edilmişdir.
Prezidentin 2006‐cı il 18 aprel tarixli 391 nömrəli Fərmanı ilə təsdiq edilmiş Ədliyyə Nazirliyi haqqında Əsasnamənin 2 Nazirlik öz fəaliyyətində, o cümlədən, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələri və bu Əsasnaməni rəhbər tutur. Bundan əlavə Nazirlik Azərbaycanın beynəlxalq müqavilələri ilə tənzimlənən və Nazirliyin səlahiyyətinə aid olan məsələlər üzrə Azərbaycanın götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin edir (8.18); hüquqi yardım haqqında beynəlxalq müqavilələrin hazırlanması və bağlanması ilə əlaqədar zəruri tədbirlər həyata keçirir (9.39); Azərbaycanın  beynəlxalq müqavilələrinin bağlanması haqqında təkliflərə və həmin müqavilələrin mətnlərinə dair rəy verir və s. Beynəlxalq müqavilələrin müddəalarının tətbiqi vəzifəsi digər Nazirlik və idarələrinin əsasnaməlindədə əks olunmuşdur.

“Hürriyyət”