Beyləqanda ağır qəza: ata öldü, oğlu xəsarət aldı

36

Beyləqan rayonunun Allahyarlı kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Hurriyyet.org-a verilən məlumata görə, Yuxarı Aran kənd sakini Fərəc Qasımovun idarə etdiyi “QAZ-3110” və Füzuli rayon sakini E.Eyvazovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə F.Qasımov və sərnişini olan oğlu xəstəxanaya yerləşdirilib, ata orada ölüb.

Faktla bağlı araşdırma aparılır.