Beyləqan şəhəri də düşmən atəşinə məruz qalır

78

Hazırda Ermənistan silahlı qüvvələri Beyləqan şəhərini də atəşə tutur.

Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində 5 oktyabr saat 16:00-a olan məlumata görə, həlak olan şəxslərin sayı 25-ə, xəsarət alanların sayı isə 127-yə çatıb. Bundan başqa, Ermənistanın ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 316 evə və 56 mülki obyektə ciddi ziyan dəyib.