Beyin yeyən amöb kiçik qızı ÖLDÜRDÜ

    81

    Hurriyyet.org xəbər verir ki,  Amerika Birləşmiş Ştatlarının Texas əyalərində kiçik bir qız çayda üzərkən, nadir rast gəlinən, beyin yeyən amöb parazitinə yoluxub. 1960-cı ildə ölkədə ilk dəfə qeydə alındığı dövrdən bəri, ABŞ-da 145 dəfə amöbə yoluxma halı qeydə alınıb.

    10 yaşlı Lili Mey Avant ailəsi ilə birlikdə Brazos çayında üzdükdən bir müddət sonra davranışları qəribələşib, getdikcə reaksiya vermək və mühakimə etmək qabiliyyətini itirib. Bundan sonra Lili təyyarə ilə Uşaq Tibb Mərkəzinə aparılıb. Lakin kiçik qızın həyatını xilas eləmək mümkün olmayıb…

    Öldürücü infeksiya

    Həkimlər qızın ölüm səbəbinin daha çox, ilıq, şirin sularda yaşayan, nadir, lakin ölümcül birhüceyrəli orqanizm olan Naegleria  fowleriye olduğunu bildiriblər.

    ABŞ-ın Xəstəliyə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına görə, ölkədə ilk dəfə 1960-cı illərdə qeydə alındığından bəri yalnız 145 dəfə amöbə yoluxma halı baş verib. Lakin xəstəlik inanılmaz dərəcədə yüksək ölüm faizinə malikdir. Yoluxanların 97 faizi infeksiya üzündən ölüb. 145 nəfərdən yalnız 4 nəfəri sağ qalıb.

    Hurriyyet.org