Bəybala Hüseynov hüquqşünas oğlunun ölümü ilə bağlı yenidən Antalya Prokurorluğuna müraciət etdi

9

Hurriyyet.org xəbər verir ki, Antalyada ölən azərbaycanlı hüquqşünasın atası oğlunun zəhərləndiyini iddia edir. Azərbaycanda Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində kargüzar-məsləhətçi işləmiş Emin Hüseynov (29) 18 avqust 2017-ci il tarixində həyat yoldaşı E.H. ilə birlikdə Antalyada, Lara turizm bölgəsində 5 ulduzlu oteldə istirahət edərkən günorta saatlarında idman zalında qəflətən halı pisləşib və o yerə yıxılıb. İdman zalında olanların çağırışı ilə gələn səhiyyə işçiləri Hüseynovu özəl xəstəxanaya çatdırıblar. Ardından o, Akdəniz Universiteti Xəstəxanasına aparılıb və burada dünyasını dəyişib. Atası Bəybala Hüseynov oğlunun zəhərlənərək öldüyü iddiası ilə Antalya Prokurorluğuna şikayət edib. Ata xəstəxanada oğlunun meyitinin yarılmadığını, asayiş və ədliyyə orqanlarına xəbər verilmədən Azərbaycana göndərildiyini bildirib.

Vəkili Elçin Məmmədin vasitəsi ilə həm Antalyada, həm də Azərbaycanda ədliyyə orqanlarına müraciət elədiyini bildirən Hüseynov oğlunun aparıldığı xəstəxanada qanında prokalsitonun səviyyəsinin yüksəldiyni, zəhərlənmə yaratdığını öyrəndiyini söyləyib. Bəybala Hüseynov mütəxəssislərdən tibbi hesabat aldığını, bu sənədlərdə oğlunun xaricdən qəbul edilən bir maddə ilə zəhərlənməsinin göstərildiyini bildirib.

Şübhəli yaxta səfəri

Oğlunun ölməzdən bir gün əvvəl istirahət proqramında olmamasına rəğmən, yaxta səfərinə aparıldığını, zəhərlənmə hadisəsinin də bu yaxta səfərində həyata keçirilməsindən şübhələndiyini bildirən Bəybala Hüseynov yaxta səfərini təşkil edən şirkət və ya şəxsləri tapa bilmədiyini söyləyib. Bu səfərin kim tərəfindən və necə təşkil edildiyinin müəyyənləşdirilməsinin, Türkiyədə və Azərbaycanda olan adamların dindirilməsinin nəticə verəcəyini söyləyən Hüseynov oğlunun qan testini gizlətdiyini iddia elədiyi həkimlərin də istintaqa cəlb edilməsi ilə günahkarların tapıla biləcəyini qeyd edib.

Vəkil Elçin Məmməd Azərbaycanda Bəybala Hüsynovun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində kargüzar-məsləhətçi vəzifəsində çalışan oğlu Emin Hüseynovun həyat yoldaşı və tətili təşkil eləmiş firmanın başçısı Y.N.-dən də şikayətçi olduğunu bildirib.

Dəfələrlə Antalya Prokuroluğuna müraciət eləmiş B.Hüseynov 28 fevral 2020-ci il tarixində bir daha şikayət ərizəsi yazıb, cinayət işi açılmasını tələb edib.

Hurriyyet.org