Bəxtiyar Vahabzadə ilə bağlı gözəl addım – FOTO

    33

    Türkiyədə yaşayan azərbaycanlı milyarder, “Palmali” Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov şirkətinə məxsus gəmilərdən birinə mərhum xalq şairi Bəxtiyar Vahabzadənin adını verib.

    İş adamı bu barədə İnstaqram səhifəsində yazıb. O B.Vahabzadənin Azərbaycan xalqı üçün etdiklərini bir daha diqqətə çatdırıb:

    “Türk oğlu Bəxtiyar Vahabzadə ötən əsrin 60-cı illərindən başlayan milli-azadlıq hərəkatının öncüllərindən biri olub. Hətta “millətçi” damğasıyla universitetdən qovulan xalq şairimizdir.

    O, 1958-ci ildə yazdığı “Gülüstan” poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirıb, rus və fars imperiyasının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrunda ədalətli mübarizəsinə qoşulub. O, hər zaman milli varlığı tapdanan, hər cür məhrumiyyətlərə məruz qalan millətimin dərdlərini dilə gətirib. Bir ziyalı, bir aydın kimi vəzifəsini yerinə yetirib, heç zaman susmayıb. Hətta heç vaxt azərbaycanlı və millətçi olduğunu gizlətməyib.

    Millətçi şairimiz tək Azərbaycanın və Türkiyənin deyil, bütün türk dünyasının və dünya türklərinin sevilən şairidir. Azərbaycan Türkiyə şeiri də buna misaldır:

    Bir millətik, iki dövlət

    Eyni arzu, eyni niyyət.

    Hər ikisi cümhuriyyət

    Azərbaycan-Türkiyə.

    Elə bu səbəbdən də böyük xalq şairimizin adını daşıyan bu nəhəngi yalnız Azərbaycan və Türkiyə sahilləri deyil, dünya sularında da tanısınlar deyə əbədiləşdirdim”. \\ednews.net

    Hurriyyet.org