Bəşər Əsəddən PKK/YPG çıxışı: “YA RAZILAŞMA, YA DA TƏMİZLİK!”

    6

    Hurriyyet.org xəbər verir ki, Rusiya mediasına müsahibə verən Suriya prezidenti Bəşər Əsəd YPG terror təşkilatı ilə razılaşmanın ilkin variant olduğunu, əks təqdirdə Suriyanın şimalını ABŞ-ın dəstəklədiyi silahlı ünsürlərdən təmizləyəcəklərini elan edib. ABŞ-a meydan oxuyan Suriya prezidenti Bəşər Əsəd “Russia Today” televiziyasına müsahibəsində deyib: “ABŞ Suriyadan çıxmağa məcburdur və çıxacaqdır”.

    Bəşər Əsəd həmçinin, Suriyanın şimalında yuva salmış və Amerika tərəfindən dəstəklənən YPG terror təşkilatına da açıq xəbərdarlıq edib. İlkin variantın YPG-nin də daxil olduğu SDQ (Suriya Demokratik Qüvvələri) ilə razılaşmaq olduğunu bildirən prezident əks təqdirdə, bölgəni hərbi yolla silahlı ünsürlərdən təmizləyəcəklərini bəyan edib.

    Suriya yeddi ildir ki, daxili müharibə şəraitindədir. Hökumət qüvvələri Rusiya və İranın dəstəyi ilə irəliləyirlər. Rusiya prezidenti Vladimir Purin 2015-ci ilin sentyabrında Suriyada hərbi əməliyyatlara başlamaq əmri vermişdi.

    Hurriyyet.org