Berlində atışma

189

Almaniyanın paytaxtı Berlində atışma baş verib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, Kreuzberq dairəsində səhər saatlarında qeydə alınan hadisə nəticəsində 4 nəfər yaralanıb.

Bildirilir ki, orada bir neçə nəfər arasında qarşıdurma baş verib və həmin şəxslər daha sonra oradan uzaqlaşıblar.

Bəzi mənbələrə əsasən, hadisə mərkəz solçu Sosial Demokrat Partiyasının qərargahına yaxın yerdə baş versə də, hələlik bunun arxasında siyasi amillərin durduğuna dair heç bir dəlilin olmadığı bildirilir.

Hadisə yerinə polis cəlb edilib, ərazi üzərində helikopter dövrə vurub.

Hazırda polis atışmanı törədən şəxsi və ya şəxsləri axtarır. Yaralılar xəstəxanaya yerləşdirilib.