Bələdiyyə sədri ikinci dəfə də şərti cəza aldı – Hamının zərərini ödəyib

    12

    Sabiq bələdiyyə sədri növbəti dəfə hakim qarşısına çıxarılıb.

    Hurriyyet.org xəbər verir ki, Abşeron rayonunun Məhəmmədi kəndinin bələdiyyə sədri olmuş Vaqif Nəbiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    Bir neçə ay əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən məhkəmə prosesində həbs edilən Vaqif Nəbiyev daha sonra Apellyasiya Məhkəməsində azadlığa çıxmışdı.

    Hökmə əsasən Vaqif Nəbiyev 7 il müddətinə azadlıqdan məhrum edilmişdi. Barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilmiş və o, məhkəmə zalında həbs edilmişdi.

    Sabiq bələdiyyə sədrinin daha bir məhkəməsi elə Bakı Ağır Cinayətlər Məhkəməsində davam edib. Onun bu cinayət işi üzrə məhkəmə prosesinə hakim Əlövsət Abbasov sədrlik edib.

    Bu məhkəmə iclasında da onun barəsində şərti hökm çıxarılıb.

    Qeyd edək ki, bələdiyyə sədri Baş Prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsi tərəfindən həbs olunmuşdu. Buna səbəb bələdiyyə sədrinin bir neçə vətəndaşa yüz min manatlarla miqdarında maddi ziyan vurmaqda, torpaq satmaq adı ilə pullarını mənimsəməyərək ələ keçirməsi olub.

    Sabiq bələdiyyə sədri zərərçəkmişlərin hər biri ilə barışıq əldə edib./musavat.com/