“Belə şeylərə dözümüm çatmır” – ERKİN QƏDİRLİ

    3

    “Səhifəmi təhqiredici şərhlərdən təmizləmək üçün gecə bağlamışdım. Kimsə özünü bloka atılmış sayıbsa, üzrlü sayın. Heç kimi bloka atmadım, səhifəm bağlı olub”. Hurriyyet.org xəbər verir ki, bu barədə 16 saylı Yasamal Seçki Dairəsindən lider namizəd Erkin Qədirli sosial şəbəkə hesabında qeyd edib.

    “Belə şərhlər daha çox saxta profillərdən yazılır”

    “Təhqirlərə gəlincə, o qədər çox olub ki, şərhləri bir-bir silmək yerinə, paylaşımları silməli oldum. Belə şərhlər daha çox saxta profillərdən yazılır, onları bir-bir oxumağa və təmizləməyə nə vaxtım çatır, nə də həvəsim olur”,-deyə E. Qədirli əlavə edib.

    “Öyrənə biləcəyəmmi?”

    Qədirlinin sözlərinə görə, o biri yandan siyasətçinin çox şeyə dözümlü olması tələb olunur: “Etiraf edirəm ki, belə şeylərə dözümüm çatmır. Öyrənə biləcəyəmmi? Zaman göstərəcək. Bu da bir təcrübədir”.

     Şamo EMİN, Hurriyyet.org