Belçikanı təhdid edən separatizm

270

“Belçika belə bir problemi 70 ildir yaşamaqla nədən Azərbaycan Respublikasının daxili işlrinə müdaxilə edərək qondarma “Dağlıq Qarabağ” rejimini tanımaq barəsində qərar vermək üçün bu qədər tələsir?”

Fransa Senatının ardınca bu ölkənin Parlamenti də qondarma “Dağlıq Qarabağ” rejiminin özgürlüyünü tanımaq yönündə qərar qəbul edib. Belçika Fransanın bu addımlarını təqdir edərək tanımaq marafonuna çıxıb. Brüsselldə hətta bu məsələdə hazırlıqlar görülür. Ancaq, o da bəllidir ki, Belçikanın özü 30 min 538 kv.km. əraziyə malik bir ölkə olmaqla yanaşı, Flandriya, Valloniya və Brüssell dövlətlərinə bölünə bilər. 10 milyonluq əhalisi olan bu Avropa dövləti öz daxili problemlərini çözmək əvəzinə başqa dövlətin daxili işlərinə müdaxilə etməsi anlaşılan deyil. O da doğrudur ki, Avropa Birliyinin Parlamenti və NATO-nun baş qərargahı bu ölkədə yerləşir. Ancaq, bu o demək deyil ki, dünyaya hökm etmək hüququ vardır.

Avropanı ağuşuna alan etnik bölücülük

İngiltərənin imperial buxovundan azad olmaq istəyən “Cornish National Liberation Army” (Kornuol Xalq Azadlıq Ordusu), Hibraltar “Progressive Democeatic Pary” (Demokratik Tərəqqi Partiyası), Nortumbriyanın “Northem Indepredence Party”, İrlandiyanın “Ulster Thrid Way Party” (Üçüncü Olster Yolu), “Oglaigh na hEireann” (İrlandiya Respublika Ordusu), “Conradh Ceilteach” (Kelt Liqası), “Partaidh Naiseanta na hAlba” (Şotland Milli Partiyası), “Orkney and Shetland Movement” (Orkney və Şotland Hərəkatı), “Plaid Cymru” (Uels Partiyası), “Byddin Rhyddid Cymru” (Azad Valli Ordusu), “Cymru Annibynnol” (Bağımsız Uels Partiyası), Hernsi, Cersi, Men Adaları, Uayt Adası, Kelt Liqası özlərinin müstəqil dövlətlərini qurmaq üçün milli mücadilə aparırlar.
Almaniyada “Bavariya Azadlıq Dövləti”, Şərqi Friziya”, “Lujits Alyansı”,
Yunanıstanda “Çameriya” bölgəsinin “Çameriya Azadlıq Ordusu”,
Danimarka “Farer Adaları”nın azadlığı uğrunda döyüşən partiyaların koalisiyası,
İspaniyada “Bask”, “Kataloniya”, “Qalisiya”, “Əndəlus”, “Araqon”, “Austriya”, “Leon”, “Kantarbiya”, “Kastiliya” dövlətləri uğrunda mübarizə aparan çoxsaylı siyasi partiyalar mövcuddur.
İtaliyada “Padaniya”, “Valle d`Aosta”, “Lombardiya”, “İnsubriya”, “Güney Tirol”, “Marke”, “İmbriya”, “Friuli”, “Venetsiya”, “Liquriya”, “Toskana”, “Sardiniya”, “Siciliya”,
“Güney İtaliya” bölgələri tamamilə ayrıca dövlət olmaq üçün illərdir çaba göstərirlər.
Hollandiyada “Frisiya” bölgəsi ayrılaraq öz dövlətlərini qurmaq istəyirlər.
Fransada “Basklar Ölkəsi”, “Kelt Liqası”, “Korsika”, “Nitsa”, “Normandiya”, “Savoya”, “Bretan”, “Elzas”, “Oksitaniya” bölgələri ayrılaraq tam müstəqil dövlət olmaq üçün neçə müddətdir milli mücadilə aparırlar.
Bütün bunlarla yanaşı, Avropa Birliyinin çətiri altında neçə illərdir üzv dövlətlər etnik bölücülük siyasətinə qarşı birlikdə addım atırlar. Hər hansı dövlətin separatizm bəlası ilə üz-üzə qalmasını qəbul etmirlər. Hətta “öz müqəddaratını təyin etmək” adı altında beynəlxalq qanunlarla hərəkət edən xalqları cəzalandırmağı belə unutmurlar. Ancaq, dünyanın başqa bölgələrində etnik separatizmləri müdafiə ediblər. “Şri Lanka”nın Hindistandan ayrılaraq öz dövlətini qurmasına dəstək oldular. Tamil-İlam dövləti ideyasına qarşı çıxdılar. Hətta onları terrorçu adlandırdılar.

XX yüzildə formalaşan Brüssell Krallığı

Belçika tarix boyu holland, fransız və almanların koloniyası olaraq tanınıb. 1831-ci ildə dövlət federalizmi konsepsiyası ilə dövlətçiliyinə qovuşub. Ona görə də bu ölkədə üç dil, holland, fransız və alman dilləri dövlət dili statusu ilə tanınır. Ölkə əhalisinin 59 faizini flamandlar təşkil edir. Onlar heç zaman fransızları sevməyiblər. Ölkənin ən çox gəlirləri flamandlara məxsus bölgələrin sayəsində başa gəlir. Digər yandan dövlət büdcəsi məsələsində ədalətli bölgü tərəfdarı kimi çıxış edirlər. Ona görə də özündən razı və lovğa fransızlarla flamandlar arasında konfliktlər yaşanılır. Fransızlar ötən 90 ildə mümkün qədər flamandların ərazilərində mülk sahibi olmaq taktikası ilə “frankofon” taktikasından yararlanmağa çalışıblar. Hətta “fransızdilli” termin yaradılıb. Bu ideyaya qarşı çıxan vallonlar (holland) daim fransızlara qarşı mübarizə aparıblar. Onlar almandilli cəmiyyət siyasətini müdafiə ediblər. Flandriya siyasətində vallonlar onları daim dəstəkləyiblər. Həssas dövlət federalizmi beləcə 90 ildir davam edir. Avropada iqtisadi böhranlar yaşanıldığına görə, Belçika da seçim qarşısında qalıb. İngiltərə ilə bir bütün olmalı, ya da federal dövlət modeli çökməlidir. Bir sözlə Belçikanın defolt olması Avropa Birliyinə çox ciddi şəkildə təsir edə bilər.

Vallon-Flamand etnosiyasi konflikti

XIX yüzillikdə vallon-flamand qarşıdurmasının əsas səbəbi etnik məsələ üzərindən başlayıb. Hansının dili dövlətin aparıcı dil statusunu alacaq deyə, şiddətli mübarizə yaşanılıb. Həmin proses elə bu gün də davam edir. Vallonların sayları 4 miyon 100 min, flamandlar (alman, sakson, friz) isə 7 milyon 230 min nəfərdir. 1847-ci ildən başlayaraq, flamandlar mədəni işğal siyasətini yürütdüklərinə görə, Belçikada söz sahibinə çevrilmək siyasətini uzun müddət yürütdülər. Beləliklə flamand-fransız dualizminin təməl prinsiplərini rəsmi siyasət olaraq qəbul edilməsinə çalışıblar. 1963-cü ildə qəbul edilən Ana Yasa qanunlarına görə alman və fransız dilləri rəsmi dövlət dili statusu qazandı. Nəticədə flamand, vallon, alman, flandriya və brüssell qrupu bir araya gəlmək zorunda qaldılar. Bütün bunlara baxmayaraq, fıamandlar ölkədən ayrılmaq iddiasından əl çıkməyiblər.

Demoqrafik Luven üsyanı

1847-1898-ci illər aralığında Belçikada dövlətləşmə məsələsində uzun sürən böhran yaşanılıb. Bunun əsas səbəblərindən biri flamandların dilinin fransız dili ilə bərabər status qazanması idi. Özəlliklə 1920-1930-cu illərdə bu mövzu özünün pik zirvəsinə  qalxdı. 1950-1960-cı illərdə yenidən flamandlar öz hüquqları çərçivəsində irəli doğru addım atmaqdan geri çəkilmək fikrində olmadıqılarını bildirdilər. Hətta 1968-cı ildə başlanılan və tarixdə Luven böhranı kimi yaddaşlarda qalan və vətəndaş savaşının alovlana biləcəcyi təhlükəsi beləcə yarandı. 1970-ci ildə dil məsələsinə görə Ana Yasa qanunun dəyişdirilməsi üçün referendum  keçirildi. Luven Universiteti ölkənin aparıcı təhsil ocağı olduğu üçün sonucda üç dilin, flamand, frankofon və almandilli konseptə əsaslanaraq, vallon, flandriya və brüssell bölgələrini əhatə edən dövlət dili statusu öz hüququna nail ola bildi. 1971-ci il qanununa görə, hər üç dilin işlədilməsi yönündə hüquqlarının artırılması qanunları öz yerini aldı. 1980-ci ildə Flandriya və Valloniya Ana Yasaya görə ayrıca muxtariyyat hüququnu qazandılar. Bu barədə ən 1989-cu ildə ölkə parlamenti muxtariyyat haqqında qanunu tanımaq barəsində qərar qəbul etdi. 1993-cü il “Sen Mişel Anlaşması”na görə flamand və frankofon  qruplaşması siyasi xarakter daşımağa başladılar. Sonucda 1994-cü ildə “Belçika regionları təmsil etməklə federal dövlətdir” maddəsini Ana Yasaya daxil etdilər.

Flamand  Vallon etnik bölücülük təhlükəsi

Belçikanın ərazisinin üç yerə bölünərək Flandriya və Vallon dövlətlərinin yaradılması üçün 70 ilə yaxındır mücadilə aparılır. Bu yöndə çoxsaylı ictimai və siyasi təşkilatlar  mövcuddur. Etnokonfliktlərin məngənəsində ilişib qalmış rəsmi Belçika bir sıra liberal qanunlar qəbl etsə də, bölücü bölgələr öz niyyətlərindən əl çəkən deyillər. Ölkənin bölünməməsi üçün Avropa Birliyinin üzvü olan dövlətlər illərdir Brüssellə dəstək verirlər. Özəlliklə Fransa, İspaniya və İngiltərə daim Brüssellin yanında yer alıblar. Beləliklə etnofederalizm tələbləri çıxılmazlıq sindromu ilə üz-üzə qalıb. Vallon-flamand işbirliyinin də özünəməxsus çalarları var. Onlar ölkə parlamentində mənsub olduqları bölgələrin sosial-iqtisadi şərtlərini diktə etmək imkanı əldə edirlər. Franko-flamand təşəbbüsləri zahiri baxımdan Belçikanı dövlət olaraq təhdid etsə də, Brüssell onların hədəflərinə qarşı fərqli taktika ilə getmək siyasətini yürüdür. Hətta bu iki hərəkatın tərəfdarları aşırı milliyyətçi siyasi hədəflərini belə gizlətməmişlər. 2014-cü ildə parlament seçkilərində 20 faiz səs qazanıblar. Etnoseparatizm siyasətində yer alan əsas hədəf fransız dilinə status verilməməsidir. Beləliklə holland dili rəsmi statusdan məhrum qalır. 67 minlik alman əhalisi də öz dillərinin hüquqi statusundan məhrumdurlar. Belçika hökuməti ənənəvi institusional xarakter daşıyan milli-mədəni hüquqlar çərçivəsində hər toplumun hüquqlarının inkişafı düsturu ilə hərəkət etməyi əsas sayır. Valloniya  bölgəsi muxtar status alarsa, o zaman Fransaya birləşmək ehtimalı yüksək olacaq.
Əksər mütəxəssislərin fikrincə, vallon-flamand federalizmi ideyasına Belçika dövləti hər zaman mane olacaq. O zaman belə bir sual yaranır: “Belçika belə bir problemi 70 ildir yaşamaqla nədən Azərbaycan Respublikasının daxili işlrinə müdaxilə edərək qondarma “Dağlıq Qarabağ” rejimini tanımaq barəsində qərar vermək üçün bu qədər tələsir?” “Belçika öz problemlərini həll etməkdənsə nədən Azərbaycanı hədəf seçib?” “Belçika xalqların öz müqəddəratını təyin etmək hüququnu tanımaq isrtəyirsə, Flamand və Vallon bölgələrinə bu hüququ nədən tanımaq istəmir?”.

Ənvər BÖRÜSOY